28 Mayıs 2013 Salı

Ədəbiyyatdan Qayanaqlanan Filmlər Vol4

Thommas Rassing - Hannibal Rising
Douglas Adams - The Hitchhiker`s Guide To The Galaxy


Truman Capote - Breakfast at Tiffany's

Feride Çiçekoğlu - Uçurtmayı Vurmasınlar

Dashiel Hammets - The Maltese Falcon



Ernesto Che Guevara - The Motorcycle Diaries

Philippe Djian - Betty Blue

Jerzy Kosinski - Being There

Paul Auster - Mr Vertigo
Zülfü Livaneli - Mutluluk



27 Mayıs 2013 Pazartesi

Bukowski Qadınlardan Danışır


Şikayət etmə aparatı diyirəm mən onlara.
Kişi ağzıyla quş tutsa yenə də yarana bilmir qadınlara.
Bir də istəkləri heş bir zaman qurtarmır.
Bayıra çıxb maşınına minib,qaza basaraq hara olursa olsun getmək istirsən,yenə də bir şeylər istəyirlər səndən.
Adama icazə vermirlər danışmaqa.
Getmək istirsən,anlamırlar.
”Hara gedirsən?”deyirlər. - "Qaçıram Buralardan".
Mənim qadın düşməni olduqumu söyləyirlər,lakin elə birisi deyiləm.
Bunları söyləyənlər,kitabımı oxumayıb,haqqımda qərar verən insanlardı.
“Bukowski  qadın düşmaı bir donuzdur!” – Bu sözü eşidirlər lakin işin əsli nədir deyə düşünmürlər.
Doğrudur,bəzən qadınları tənqid etdiyim oldu,lakin kişiləri də tənqid edirəm.Hətta hammıdan çox özümü tənqid edirəm.
Birinin tənqidə layiq olduğunu düşünürəmsə,tənqid edirəm.Mənim üçün fərqi yoxdu bu kişi,qadın,uşaq,körpə kim olursa olsun.
Qadınlar çox həssasdır və bundan başqa ayrıseçkiliyə məruz qaldıqlarını düşünürlər.
Onların problemləri də elə bundadır.
Bəzi kişilər,qadınlarla münasibətdə bacarıqlıdırlar,
Mənsə heç bir zaman bunu bacarmadım.

19 Mayıs 2013 Pazar

Kurt Cobain’in intihar məktubu

Musiqiçi və bəstəkar, alternativ rok qrupu "Nirvana"nın vokalisti və gitaristi Kurt Cobain’in intihar məktubu:

Hələ uşaqkən şikayətləri olan, tükənmiş, təcrübədən keçmiş bir axmağın ağzından danışıram. Bu bayağı, sadə və başadüşülən bir məktub olmalıdır. Cəmiyyətimizin sərbəstliyi və rahatlığı ilə əlaqəli, punk rokun 101 dərslərindən aldığı nəsihətlərin nə qədər doğru olduğunu sübut etdim. Çox uzun illər oxuyub yazmaqla birlikdə dinləməkdən də, yaratmaqdan da olduğu kimi həyəcan yaşamadım. Bunları kəlmələrlə başa sala bilmədiyim üçün özümdə günah hiss edirəm.

Məsələn, səhnə arxasındaykən sönən işıqların, tamaşaçıların çılğın təzahürü qarşısında, məni heyran etdiyi və qısqandığım Freddy Mercuryə olduğu kimi təsir edə bilmədim. Həqiqət budur ki, sizi axmaq yerinə qoymuram. Heç birinizi. Bu sadəcə nə sizin, nə də mənim üçün deyil. Ağlıma gələn ən böyük günah, insanlara qarşı saxtakarlıq edib, yüz faiz əylənirmişəm kimi görünmək olub. Bəzən səhnəyə çıxmamışdan qabaq saatı yumruqlamaq, zamanı dayandırmaq keçirdi içimdən. Kulistəykən işıqlar söndüyündə, eşitdiyim cılğınlıqlar da mənə təsir etmirdi. Gücüm çatdığı qədər dəyər vermək üçün hər şey etdim və edirəm. Tanrım, inan mənə, hər şey edirəm, amma bu yetərli olmur. Mənim və bizim bir çox insana təsir etdiyimizə və onları əyləndirdiyimizə həqiqətən hörmət edirəm. Mən çox həssasam. Bir zamanlar uşaqkən sahib olduğum o həvəsi yenidən qazanmaq üçün bir az yatmağa ehtiyacım var. Son üç turumuzda şəxsən tanıdıqlarıma və musiqimizin heyranı olan bütün insanlara daha çox dəyər verdim, amma hələ də hər kəs üçün bəslədiyim əsəb, günahlılıq və başa düşmə hisslərini aşa bilmədim.

Hamınızın içində yaxşılıq var və düşünürəm ki, insanları çox sevirəm. Elə çox sevirəm ki, bu məni bədbin edir. Üzgün, kiçik, həssas, dəyər verməyən balıq bürcü. İsa oğlum! Niyə ləzzətini çıxartmırsan? Bilirəm! Ehtiraslı və andını içən, cazibəli bir həyat yoldaşım var və mənə keçmiş halımı xatırladan bir qızım. Sevgi və nəşə dolu, hər gördüyü insanı öpür, çünki hər kəs çox yaxşıdır və ona heç kəs zərər verməz! Francesin üzgün, özünə zərər verən, ölü bir rokçu olduğumu düşünməsinə dayana bilmirəm. Əla edirəm, çox əla! Və minnətdaram, amma yeddi yaşından bəri insanlara qaçılmaz bir nifrət duyuram. Sırf insanlara yaxşıyam və başa düşülən biriyəm kimi görünmək çox çətindir. Başa düşülən! Düşünürəm ki, sadəcə, insanları çox sevdiyim və onlara çox üzüldüyüm üçündür. Keçən illər boyunca məktublarınız və marağınız üçün, odlar içində yanan mədə ağrısı cəhənnəmindən hamınıza təşəkkür edirəm.

Mən çox qərarsızam, ümidsizəm! Artıq köhnə həvəsim yoxdur və bunu xatırla, sönüb getməkdənsə yanmaq daha yaxşıdır.
Sülh, sevgi xoş görünüş arzusu ilə! Frances və Courtney həmişə sizinlə olacam. Xahiş edirəm davam et, Courtney. Frances üçün mənsiz həyat daha çox xoşbəxt olacaq…

Sizi sevirəm, Sizi sevirəm…


Qaynaq:Alatoran Yayınları

18 Mayıs 2013 Cumartesi

Ağlımda bir fikir var :)

Ağlıma bu dəqiqə belə bir fikir gəldi ;
Oxuduğum kitabların bəzilərinin ilk cümlələrini seçib bloga əlavə etmək.
Sizdən ricam,siyahını genişlətmək üçün bu yazını oxuduğunuz zaman siz də yadda qalan kitablarınızın ilk cümləsini şərh yazaraq bura əlavə etmənizdir.


"Gregor Samsa,bir sabah bunaltıcı düşlerden uyandığında kendini yatağında dev bir böceğe dönüşmüş olarak buldu"
Frans Kafka-Dönüşüm



Məncə ən vacib şey özündən sonra biz iz qoymaqdı.
David Nicholls-Bir Gün

Altı yaşındaydı ve altı yaşında ölecekti.
Hakan Günday-AZ

Uzun illərdən sonra,divar dibində dayanıb,güllələnməyini gözləyəndə polkovnik Aureliano Buendia atasına qoşulub,buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq.
Gabriel Garcia Marquez-Yüzillik Tənhalıq

Ellerindeki damarları ve yüzündeki kırışıkları görseniz yüz elli yaşında zannedersiniz oysaki sadece seksen dört yaşında Anneannem.
Emrah Serbes-Erken Kaybedenle

Bu cümle,yazmayı öğrendiğimin kanıtıdır.
Hakan Günday-Azil

Məhəbbət-döyüşdür.Əvvəlcədən uduzulmuş döyüş.
Fredrik Bergeder-Məhəbbət üç il yaşayır

Siktir Et dediğiniz zaman genelde size acı veren bir şeyi,bir bağınızı salı verirsiniz.
John Parkin-Siktir Et

Anam ölmüş bu gün.Belki de dün,bilmiyorum.
Albert Camus-Yabancı

Deyəsən kimsə Yozef K-nı şərləmişdi,çünkü elə bir pis iş tutmasa da,səhər-səhər gəlib onu həbs etdilər.
Frans Kafka-Məhkəmə.

İyi bir servete sahip olan bekar bir erkeğin,her şeyden önce bir eşe ihtiyacının olduğu kabul görmüş bir gerçektir
Jane Austen-Aşk ve Gurur

Geçmişin tanrıları öldüler ve yeniden doğulmaları imkansız.
Osho-Devrim

Gurbet tuhaf bir kelimedir,söyler söylemez ağızda kekremesi bir tat bırakır.
Elif Şafak-Şemspare



Cunun!Sazaqlı havada bir-birinin arxasına qısılıb yatmış dəvə sürüsünü xatırladan,toz-tonaqlı yellərin,çör-çöplü boğanaqların veyilləndiyi bu boz təpələrdə,onsuz da hamı səni divanə adlandırır,sir-sifətinə,görkəminə baxanda,bilinmir,dünyaya kişi gəlmisən,yoxsa qadın.
Aqşin Yenisey-Cənnətdə Terror Aksiyası

Şimdi bir ölüyüm ben,bir ceset,bir kuyunun dibinde.
Orhan Pamuk-Benim Adım Kırmızı

"O günler en iyisiydi,ya da en kötüsü,akıl çağıydı ve aptallık çağıydı,inançlar zamanıydı ve inançsızlıklar zamanıydı,ışık mevsimiydi ve karanlık mevsimiydi,umut baharıydı ve umutsuzluk kışıydı;yaşayabilmek işin her şey vardı önümüzde  ve yaşayabilmek için önümüzde hiç bir şey yoktu;hepimiz doğrudan cennete gidiyorduk,hepimiz doğrudan cehenneme gidiyorduk."
Charles Dickens-İki Şehrin Hikayesi
İnsan psikoljisinde hakim olma arzusu hep olmuştur.
Nevzat Tarhan-Gri Propaganda

"Mutlu aileler birbirine benzerler,her mutsuz aileninse kendine özgü mutsuzluğu vardır"
Leo Tolostoy-Anna Karanina

17 Mayıs 2013 Cuma

Böyük Yazarların Gizli Həyatları


Bir çox yazarın fərqli və qeyri adi həyat tərzi yaşadığı deyilir. “Böyük yazarların gizli həyatları “ adlı kitab,bu həyatlara aid göstərişlər verir.

Robert Sehnaxerberg`in qələmə aldığı kitabdan bəzi qeydləri aşağıda oxuya bilərsiz.

Shakespare,yazdıqlarından qazandığından daha çox gəliri sələmçilik edərək qazanırdı.


Qaranlıq hekayələrin ustası,Edgar Allen Poe`nin,qaranlıqdan çox,içki ilə başı bəladaydı.Yaşadığı müddət ərzində alacağlarından bir addım irəlidə,sərxoşluqdan isə bir addım geridəydi.


Dünyanın ən böyük yazarlarından biri olaraq qəbul edilən “Böyük Ümüdlər”in müəllifi Charles Dickens,dünyanın bəlkə də ən qeyri adi yuxu vərdişinə sahib idi.Dickens,yatarkən mütləq üzü şimal qütbünə baxacaq şəkildə uzanırdı.Bu seçimini “yerkürəsi elektrik cərəyanları,müsbət və mənfi elektrik” kimi şeylərlə açıqlayırdı.Ən çox zaman keçirdiyi yer isə “kimsəsizlər morgu” idi.


Vətandaş itaətsizilik nəzəriyyəsini ortalığa atan Henry David Thoreou,nadir hallarda duş alar,saçlarını deyim yerindəysə heç bir zaman daramazdı.Thoreou,eyni zamanda ilk “üzümlü çörəyi” hazırlamışdı.


Wolt  Withman,bir homoseksual idi.Ən böyük sevgisi isə ABŞ Prezidenti,Abraham Lincoln`du.Şeir yazmadıqı və ya Abaraham Lincoln`a hiss etdiyi sevgini söyləmədiyi zamanlarda,duşun altında içki içərək,bağıra-bağıra mahnı oxuyurdu.


Balzac,51 yaşında ölməsinə baxmayaraq,arxasında yüzlərcə ölümüsüz əsər buraxmışdı.Gündə təxminə 50 stəkan qəhvə  içdiyi söylənən Balzac,qəhvə hazırlayacaaq birisi olmadığına,qəhvə nüvələrini çeynəyirdi.


Tolostoy`un 13 övladı vardı.48 illik evliliyinin arxasından,yoldaşına; “mənim yaşımda insanların tez-tez etdikləri bir şeyi edirəm.Son günlərimi tək başıma və sükunət içində keçirəbilmək üçün,dünyadan imtina edirəm”  yazan, bir məktub buraxaraq,evini tərk etdiyində 82 yaşındaydı.Tolostoy,bir neçə gün sonra,bir qatar dayanacağında donaraq vəfat etdi.

Tolostoy,həmyerlisi İvan Turgenyev`i duelloya dəvət etmişdi.Hətta silahlar belə hazırlanmışdı lakin sonralar ortalığa girən,xətri sayılan dostların sahəsində duello baş tutmadı.Bu hadisənin ardından,bu iki insan,heç bir zaman görüşmədilər.



Lawis Carrol,bir riyaziyyat daihisiydi.Söz kəşf etməkdə onun kimisi yox idi.Hələ də,ingiliscə`də onun uydurduğu yüzlərcə sözdən istifadə olunur.Kitabxanalarda kitabların daha asan tapılabilməsi üçün,kitab adını cildin arxasına yazmaq fikrini də Carrol`a məxsusdur.Bundan əlavə Carrol, “Sarrabele” oyunun ilk nümunəsini hazırlamışdı.Carrol`un ən sevdiyi nəqliyyat vaistəsi isə özünün icad etdiyi “üç təkərli velosipet”di.


İrlandiya əsilli yazar Oscar Wilde,ABŞ ziyarəti zamanı gördüyü “Pionisti vurmayın.Əlindən gələni edir” yazısının yaşamı müddətcə gördüyü tək məntiqli sənət tənqidçisi olduğunu dedi.Wilde`in,Hemingway`lə ən böyük oxşar özəlliyi,ikisinin də uşaqlıqları müddətində,analarının istəyi üzərinə,qadın paltarları giyməkləridir.


Jack Londaon,əsl bir kitabqurdu idi.London`un kitabxanasında 45min kitab vardı.John Baryelcom isimli əsəri adsız sərxoşlar birliyinin oxuma siyahısında yer tuturdu.London,beş yaşında içkiyə başladı və 40 yaşında vəfat etdi.London,o qədər içki içirdi ki,tez-tez qəzaya düşürdü.


Virgine Wolf,danışmağı çox sevirdi.Bir dəfə 48 saat fasilə etmədən danışmışdı.Bütün əsərlərini rəssam olan bacısının iş formasından ilham alaraq və ayaqda dayanaraq yazmışdı.


James Joyce və Marcel Proust,yaşadığı müddət ərzində,yalnız bir dəfə görüşmüşdülər.İki yazarın görüşü,böyük bir diqqət mərkəzində idi.Hər iki yazarın da yaşı irəliləmişdi.Bir neçə müddətdən sonra,çəkinərək də olsa bir-birlərinin kitablarını oxumadıqlarını etiraf etdilər.


Frans Kafka,ət yeməyi cinayətə bərabər tutan insan.Vəsiyyətində yaxın dostu olan Brad`dan (Yazqı,Ocağçı,Çevrilmə, Cəza Müstəmləkəsi,Kənd Həkimi) xaric,bütün əsərlərini yandırmasını istəmişdi.Dostu Max Brad,onun bu vəsiyyətini yerinə yetirməyərək,Kafka`nın yazarlıq kariyerasına böyük qatqı qazandırdı.


Agathe Christie,1962ci ildə,36 yaşında olarkən ortalıqdan itdi.Yerli polis,xalq və kəşfiyyatçılar hər yerdə onu axtarırdı.Christie,10gün sonra saxta bir şəxsiyyətlə bir oteldə tapıldı.Nə olduğunu soruşanlara isə bir şey xatırlamadığını deyirdi.Christie,nə olduğu isə bir sirr olaraq qaldı.


Ernest Hemingway,özü haqqında ağır bir hekayə yazan tənqidçini,ilk qarşılaşdığı yerdə tutub yerə yıxdı.O dövürdə,bir yazarın,tənqidçiyə qarşı ən sərt hərəkəti bu olmuşdu.

15 Mayıs 2013 Çarşamba

Şekspir, əslində "mərhəmətsiz" bir iş adamıymış!



Uelsdəki Aberystwyth Universitetindən bir qrup alimin etdiyi araşdırmanın, Şekspirin, qıtlıq dövründə taxıl işindən pul qazanan "mərhəmətsiz" bir iş adamı olduğunu göstərir.
Alimlər, may ayında Uels Hay Ədəbiyyat Festivalında təqdim ediləcək dissertasiyalarında, Şekspirin, eyni zamanda taxıl taciri olduğunu, ətrafa borc pul verdiyini və vergidən yayındığını irəli sürdü.
Şekspirin sıxlıqla görməməzlikdən gəlinən iş anlayışı araşdırılmadan tam mənasıyla anlaşılamayacağını müdafiə edən, Aberystwyth'de Orta əsrlər və İntibah ədəbiyyatı dərsləri verən Jayne Archer və həmkarları Howard Tomas ilə Richard Marggraf Turley, ədəbiyyatçının Stratford-upon-Avon qəsəbəsindəki bu həyatının detallarını ortaya çıxarmaq üçün arxivləri araşdırdı.
Alimlər, dissertasiyalarında "Şekspir’in, 15 il müddətində qonşularına və yerli tacirlərə şişirdilmiş qiymətlərə sata bilmək üçün taxıl, səməni və arpa alaraq yığıb saxladığını, məhsullar üçün ona tam ödəniş edə bilməyəcək (və ya etməyəcək) kəslərin arxasına düşdüyünü, qazanclarını borc pul vermə işində istifadə etdiyini" yazdı.
Dissertasiyada, rəsmilərin, vergi qaçaqçılığı üzündən Şekspiri təqibə aldığı, 1598-ci ildə qıtlıq zamanı taxıl yığmaq haqqında cinayət təqibi açıldığı ifadə edildi.
Jayne Archer, Şekspirin bu cəhətlərinin, tənqidçilər və alimlərin, yaradıcı dahinin eyni zamanda öz mənfəəti üçün hərəkət etdiyi fikrini uyğun bilməyəcəkləri üçün görməməzlikdən gəlindiyini söylədi.
Archer, Şekspirnin, 16-cı əsrin sonuyla 17-ci əsr başlanğıcında yaşadığını və əsərlərini qələmə aldığını ifadə edərək, qeyri-adi soyuq və həddindən artıq yağışların qıtlığa səbəb olduğu bu dövrün, "Kiçik Buz Dövrü" olaraq bilindiyinə diqqəti çəkdi.
Akademik Archer, bu dövrdə yaşanan qida çətinliyinin, qıtlıqdan məhv olan qədim Romada keçən "Koryalanus" daxil olmaqla Şekspir’in oyunlarına yeni bir İşıq tuta biləcəyini, "Kral Lir" da da qıtlığa toxunulduğunu qeyd etdi.
Archer, Şekspirnin "mərhəmətsiz" bir iş adamı olması fikrinin, həssas sənətçinin romantik fikirləriylə uyğunlaşmayacağını ancaq ədəbiyyatçının çox sərt mühakimə olunmaması lazım olduğunu ifadə edərək, "Şekspir’in, aclığın adamı olaraq xatırlamaq, onu daha çox insan, daha çox anlayışlı və daha çox mürəkkəb edər" dedi.

14 Mayıs 2013 Salı

Bukowski tənhalıqdan danışır



Heç bir zaman özümü tənha hiss etmədim.
Ölümün qucağında,bir otaqda tək tənha yaşadım.
Özümü çox piss hisse etdiyim də oldu,lakin heç bir zaman birinin otaqıma daxil olub,əhvalmı yüksəldəcəyini fikirləşmədim.
Başqa bir deyimlə desəm,tənhalq heç bir zaman məni narahat etməyib,çünkü  tənha qalmaqı sevirəm.
Özümü,böyük kütlə olan otaqlarda və ya azərkeşlik edilən,adam dolusu tribunlarada daha tənha hiss edirəm.
Sizə İbsen dən bir deyim söyləyəcəm ; “Ən güclü insanlar,adətən tənha olnlardır”.
Heç bir zaman içimdən “bir sarışın qız içəri girsə,özümü daha yaxşı hiss edərdim” deyə düşünmədim.
İnan mənə,bunun heç bir xeyri olmaz.
Axmaq insanlarla fingildəşən,axmaq insanlar.
Gecələrə “qaçaraq” çıxmaq kimi bir ehtiyacım olmadı heç bir zaman.
Barlarda gizləndiyim oldu çünkü,barlar,fabrikada gizlənməkddən daha yaxşıdı.Ancaq bu qədər.
Milyonlarla insanın adından üzür istirəm amma mən heç bir zaman özümü tənha hiss etmirəm.
Çünkü mən özümü sevirəm.
Bildiyim ən yaxşı əyləncə,özüməm.
Biraz daha şərab içək!

Çox əzab çəkdik
çox qadın sevdik
çox öldük
çox öldürdük
mahnıya bağladıq
narkotikə,
içkiyə bağladıq
məktublar yazdıq
ama sadəcə yazdıq
göndərmədik...
Telefonu qaldırdıq
ama zəng etmədik
Çox içdik
çox şeyi unutduq
ama özümüzü unuda bilmədik
Gələcək qollarını açmışdı
amma digər tərəfdən
keçmiş boğazımıza dolanmışdı
Getdik...ama geri qayıtmadıq
Getdiyimiz hər şəhər,
əslində birilərinin gedəmədikləriymiş...

12 Mayıs 2013 Pazar

Doktor və Mən


Bu sadəcə iç sıxıntısıdır doktor,
İnsanlar evlənib,ailə quraraq fərqli həyata başlayır.
Mən bunu edə bilmərəm,
anlayırsanmı məni doktor?
Aldatmaqa meyilli biri olaraq deyirəm bu sözləri
Bütün həyatımı tək bir qadınla keçirəcək qədər dəli olmamışam.
Sən evlisənmi doktor?
Yazığım gəldi sənə
bir də ağıllı olduğunuzu deyirlər.
Məncə sənin tək qorxun;
yaşlanıb altını batırmağa başladıqında,
onu təmizləyəcək birinin olub-olmamasıdır.

11 Mayıs 2013 Cumartesi

Ədəbiyyatdan Qayanaqlanan Filmlər Vol3

Charlotte Bronte-Jane Eyre
Dan Brown-Da Vinçi Şifrəsi
Oscar Wilde-The Picture of  Dorian Grey
Halide Edib Adivar-Vurun Kahpeye

Ray Buradbury-Fahrenheit 451

Chuck Palahniuk-Döyüşçü Klubu

Hasan Ali Toptaş-Gölgesizler

Margaret Mitchell-Gone With The Wind


Şükran Kozalı-Eğreti Gelin
                                          

                                                               Rıfat İlgaz-Hababam Sınıfı



10 Mayıs 2013 Cuma

Haruki Murakami "Boston Marafonu" barəsində yazdı


Keçdiyimiz otuz il içində, otuz üç tam marafon qaçdım.

(...)

Marafonların gözəlliyi rəqabətin olmamasından qaynaqlanır. Dünya səviyyəsindəki idmançılar arasında çətin çəkişmələr əlbəttə yaşanar. Amma mənim kimi bir qaçışçı (və fikrimcə qaçışçıların bir çoxuna da aiddir) müddətin əhəmiyyət daşımadığı adi qaçışçılar baxımından, marafon bir müsabiqə deyildir. Qırx iki kilometr qaçmaq təcrübəsinin kefinə çatmaq üçün yarışa qatılarsınız və qaçdığınız müddətdə bunun dadını çıxararsınız. (Qaçdıqca) Az-az ağrı hiss etməyə başlayarsırsınız, ardından hiss etdiyiniz ağrı ciddi şəkildə çoxalır və sonda ağrının da dadını çıxarmağa başlayarsınız. Bu qarışıq müddəti ətrafınızdakı qaçıcılarla paylaşmaq keyfin bir hissəsidir. Tək-tənha qırx iki kilometr qaçmağı sınasanız, üç, dörd, beş saat boyunca şübhəsiz ağrı çəkərsiniz. Daha əvvəl bunu etdim və eyni təcrübəni təkrarlamaq niyyətində deyiləm. Amma başqa qaçıcılarla birlikdə qaçmaq daha az işgəncə çəkməyə imkan verir. Fiziki baxımdan çətindir əlbəttə-necə olmasın? - Amma qardaşlıq və birlik duyğusu sizi finiş xəttinə aparar. Marafon əgər bir mübarizədirsə, bu daha çox özünüzə qarşı apardığınız bir mübarizədir.

Haruki Murakami, New Yorker'ə bu il qana bulanan Boston Marafonu'nu yazıb; yeni bir həftəyə başlayarkən, ilham qaynağı niyyətinə burada iştirak etmək istədim. Dünya işlərinin çətin etapları, həyat qaçışının yorucu döngələrində, marafon qaçan Murakami obrazı, bir otağa bağlanmış yazan Murakami obrazı qədər qüvvətli, həm də bir onun qədər parlaqdır.

O zaman Tolstoy'dan sitat gətirən Chris McCandless ilə bitirək:
"Xoşbəxtlik ancaq paylaşıldığında gerçəkdir."

Elə ola bilərmi?

Yalnız qaçanlara soruşmaq lazımdır.


Tərcümə:Zeynəb Münzevi
Redakte:Elşən Novruzlu

Bir yoldaşla kitab və həyat üzərinə söhbətimizdən...

-İlk oxuduğunuz və həyatınızı 180 dərəcə dəyişən bir kitab? :)
-Elxan Zeynallı-"A" romanı...
-Hansı tərəfə dəyişdi  həyatını o kitab?
-O kitab sahəsində Chuck Palahniuk`u tanıdım,bu da həyatımın dönüşüm nöqtəsi oldu.
-Bəs vaxt itkisi hesab etdiyiniz kitab olub mu?
-Oxuduğum hər kitabdan nə isə öyrənməyə çalışmışam,"vaxt itkisi" dediyiniz kitabdan da,zamanımın dəyərini bilməm gərəkdiyini öyrəndim.
-Məhz o kitabın adını diyə bilərsinizmi?
-Bəlkə də tərcüməsi səbəbi ilə Dostoyevsky "Qumarbaz" və ya Murakami "Zəlzələdən beş gün sonra" kitablarının adlarını çəkə bilərəm.Bu kitabları öz dilimizdə oxumuşdum.
-Bəs Dostoyevsky`nin ikinci bir romanını təkrar oxudunuz mu?
-Ümumiyyətlə hansısa bir kitabı ikinci dəfə oxuduğumu xatırlamıram."Kitab kolleksiyamı" tam etdikdən sonra,oxuduğum hər bir kitabı,daha da diqqətli oxuyacam.
-Bəs soruşmaq olarmı ən böyük arzunuz...Ən bğyük xəyalınız nədir?
-Bir gün sevəcəyim işə sahib olmaq.Yəni ürəkdən edəcəyim bir iş.
məsələn;gənclər zamanını boş keçirməsin deyə; "bir kitab evi kafesi" ola bilər.
Ya da bir kitab yazmaq.Bir gün əyər kitab yazsam,yazdıqlarımı pula dəyişməyəcəm mən.
-Bəs kariyeradan başqa...Yaşam dolu insanların arzuladığı kimi...mavi panjurlu ev...böyük bir kitabxana...və ya başqa bir şey...
uşaqlıqdan arzuladığınız bir şey yoxdur mu?
-İki mərtəbəli bir ev.Baxçasında hovuz.İki uşaq və uşaqlar üçün bol oyuncaqlı bir otaq :)
-Bəs uşaqlarınız öz həyatını qurduqdan sonra,ahıl yaşınıza çatdığınız vaxt haralara gedib,huzur içində yaşamaq istərsiniz?...
Daha doğrusu necə yaşamaq istəyirsiniz?
-Arzum hər zaman ; Milano,Norveç və İstanbul olub.Ama yaşlandığım zaman,dağ qoynunda meşə olan bir yerdə yaşamaq istərdim.Balıq filan tutursan...
-Əladır ki)
Təşəkkürlər Elşən,
maraqlı söhbət oldu.
-Hər şey qarşılıqlıdı...Mən də çox zövq  aldım.

Dünya’da kim nə qədər kitab ixrac edir?



Wikipedia‘da yerləşdirilən  bir siyahıda,ölkələr ixrac etdikləri kitab sayına  görə açığlandı. 
Bu siyahıda 123 ölkənin adı var. Siyahıdakı ilk 15 ölkə aşağıdakı kimidir:
  1.  ABŞ (2010) 328,259
  2.  İngiltərə (2005) 206,000
  3.  Çin (2010) 189,295 (328,387 Toplam)
  4.  Rusya (2008) 123,336
  5.  Almanya (2009) 93,124
  6.  İspanya (2008) 86,300
  7.  Hindistan (2004) 82,537
  8.  Japonya (2009) 78,555
  9.  İran (2010) 65,000
  10.  Fransa (2010) 63,690
  11.  Pakistan (2010) 45,000
  12.  Cənubi Kore (2011) 44,036
  13.  Tayvan (2010) 43,309
  14.  Türkiyə (2011) 43,100
  15.  Hollandiya (1993) 34,067
Bir gün ölkəmizi`də ilk 15-lik də görmək ümüdü ilə….