ədəbiyyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ədəbiyyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Kasım 2013 Cuma

Yaxşı bir hekayə yazmaq üçün Kurt Vonnegut`dan 8 məsləhət

1.Sizi oxuyan birisi vaxtının ziyan olduğunu hissetməməlidir.
2.Oxuyucuya dəstəkləyəbiləcəyi baxımından ən az bir xarakter verin.
3.Xarakterlərdən hər birinin,bir fincan su belə olsa,istək duyduğu bir şey olmalıdır.
4.Hekayənin əvvəli,mümkün olduqca sonuna yaxın olmalıdır.
5.Sadist olun.Xarakteriniz nə qədər sevimli və nə qədər məsum olursa olsun,başına qorxunc şeylər gətirin ki,oxuyucu,onların necə bir insan olduğunu görəbilsin.
6.Yalnız,tək bir kişiyi xoşbəxt etmək üçün yazın.
7.Oxuyucuya mümkün olduğunca çox və mümkün olduğca tez bilgi verin.
8.Oxuyucu,nəyin,harda və necə olduğunu bütöv bir şəkildə dərketməli; o qədər ki,hamam böcəkləri,son səhifəni yeyib bitirsə belə,oxuyucu,hekayəni beynində tamamlayabilməlidir.

13 Ekim 2013 Pazar

Yazı və Həyat üzərinə Jack Kerouac’dan məsləhətlər.


Deyilənə görə bu siyahi,Allen Ginsberg’in,ölümsüz şeiri olan “Howl”ı yazmazdan bir il əvvəl,Nort Beach-də qaldığı otelin divarında yazılıbmış.Ginsberg,adını Keroucdan aldiği  “Howl və diğər şeirlərin ithafinda Kerouacin təsiri etiraf etmişdir.

Charles Eamesin dediyi kimi: “Hərkəs özündən öncə gəlib,özünə təsir edən insanlari etiraf edəcək qədər səmimi olmalıdır”

1.Səhər yuxudan oyandıqda hər günü mühüm bir günmüş kimi düşünün.

2.Hər şeyə hazır ol və hər şeyi dinlə.

3.Həyatınla barışıq ol.

4.Evindən kənarda sərxoş olma.

5.Qaralama dəftərini və buna bənzər yazılarını yazdıqın dəftərlər sevinc səbəbin olsun.

6.Beyninin dərinliklərindəki sonsuzluq nə istəyirsə onu yaz.

7.Nə qədər bacarsan,o qədər dərin yaz.

8.Dəyər verərək və təəcüblənərək yaz.

9.Yazarkən diqqətli ol və dil dənizində üz.

10.Təcrübənin,dilin,bilginin böyüklüyündən utanma və qorxusuz ol.

11.Ümüdsüz,zalım və tənha xarakterləri övün.

12.Marağın mərkəzi,gözün içindəki gözdür.

13.Qəbul etmək,daima məğlub olmaqdır.

14.Dayandıqın zaman sözləri fikirləşmə,lakin rəsmi daha yaxşı canlandırmaqa çalış.

15.Yazarkən bütün dünya oxusun deyə yaz.

27 Temmuz 2013 Cumartesi

Henry Miller’in yazarkən əməl etdiyi 10 qayda.


1.Bir işi sonlandırmadan,digərinə başlama.
2.Başqa yeni bir kitaba başlama,köhnə yazılarına yeni bir şeylər əlavə etmə.
3.Sinirlərinə hakim olmaqa çalış.Etdiyin iş nə olursa olsun,sakit,gülərüz ol və ən əsası sözünü deməkdən çəkinmə.
4.Ruh halına görə deyil,plana əsasən işlə.Tam vaxtinda yuxudan qalx!
5.Bəlkə də yeni bir şeylər icad edə bilmirsən,lakin çalışmağa dəvam etməlisən.
6.İnsan olduğunu unutma! İstədiyin yerlərə get və isətdiyin qədər iç.
7.Hazırladığın plana əməl  etmək istəmirsənsə etmə,yarım buraxdığın işləri tamamla.
8.Yarış atı olma,həzz alaraq işlə.
9.Yazmaq istədiyin kitabları unutma,lakin yazdıqın kitabı fikirləş.

10.Yazmaqa üstünlük ver.Rəsm,musiqi,dostlar,film,bunların hamısı ikinci plan şeylərdi.

7 Haziran 2013 Cuma

Aqşin Yenisey`in "Cənnətdə Terror Aksiyası" kitabından seçmələr

Bizim kədərimiz də yerdədir,sevgimiz də
Bzim göydə heç nəyimiz,heç kimimiz yoxdur.

İnsanlar saraylarda bir cür,komalarda başqa cür düşünürlər.

“İnsanlar Allaha inanmaq əvəzinə,ondan qorxurlar”

Zəhmət haqqı ümüdünə yaşansaydı,insan hələ də əlində nizə daş dövründə veyillənirdi.

Azərbaycanda allaha olan sevgi ev-eşik,məişət sevgisi,
Qorxu isə arvad-uşağın dolanışıq qorxaqlığı həddindədir.

“Dünya elə kiçikdi ki
Bir yetimin yaşamağa yeri yoxdur
dünya elə böyükdür ki
Adamları basdırırıq neçə vaxtdır”

Bütün bu işgəncələrə,təhqirlərə baxmayaraq  əliçubuqlu sovet təhhsil sistemi səkkiz illik məktəb həyatında ona Səməd Vurğun`un “Azərbaycan” şerinin bir bəndindən və üç-dörd əyri-üyrü hərfdən,rəqəmdən savayı heç nə öyrədə bilmədi.

Fahişə olan fahişənin hamıya satdığı görünən bədəni deyil,heç kimə satmadığı görünməyən ruhudur.

Xalqın gücü tarixində,insanın gücü yaddaşındadır.

Bizim ölkədə xanəndəliklə mollalıq arasında elə də böyük fərq yoxdur.Biri dirinin arxasınca zırıldamaqdadır,o biri ölünün.
Eyni şeyi xanəndə öz dilimizdə oxuyur,molla ərəb dilində.


Adəm gizli yolla cənnətə qayıtmışdı və qorxurdu ki,kimsə onu tanıyıb allaha xəbər verəcək.

Qəribə adamları var bu şəhərin,hammı yanından ötənin əvvəlcə üzünə,sonra isə çevrilib dalına baxır.Kimi axtarır bu insan kütləsi?Doğmalarınımı,Düşmənlərinimi?

Cənnətlə cəhənnəmin arasında avaralanan,allahın da , şeytanın da unutduğu bir adam.

Bizim ölkədə kişilərlə qadınlar ancaq yataqda,yorğan-döşəkdə can-ciyər olurlar,o da qurşaqdanaşağı.

Azərbaycanda on il siyasi boşboğazlığı ilə millətin beynini qurutmuş adam,bir günün içində məşhur “Keçi” şerində deyildiyi kimi “çoban açınca gözün,dönüb olur şoumen,efir tamadası, başlayır 50 milyonluq dünya Azərbaycanlılarının qarşısında göbək atmağa.
Səhər yeməyini kafir,Ateist kimi yeyən,günorta süfrəsinə “bismillah” deyib,hacı libasında əyləşir.
Axşam sağçı kimi yuxuya gedən,yuxudan solçu kimi oyanır,Nə isə,babalı öz boyunlarına.

İki bədbəxt,bir yerdə xoşbəxtdir.

Milli mətbəximizin ən seksual yeməyi küftədir,dovğa bütün yağlı yeməklərlə “gəzdiyi” üçün mətbəximizin fahişəsi göstərildi.

Müqəddəslik,elə yalan-palanı ört-basdır etmək üçündür.

Diriliyində,bəlkə də qara qəpiklik dəyəri olmayan adamlar,öldükdən sonra dirilərə ətək-ətək qazanc gətirirlər.

Konsert zallarında hər sıranın öz qiyməti olduğu kimi,qəbristanlıqlarda da hər sıradakı qəbrin öz qiyməti var.

Varılar dinə və ənənələrə dayanıb diyirlər ki,onları allah varlı yarardıb,heç kim özbaşına varlana bilməz.Kasıblar da inanırdılar ki,onlar allahın iradəsinə görə kasıb yaradılıblar və bunda varlıların heç bir günahı yoxdur.

Dindarlığın təsdiqi üçün hər bir dindara allah qədər şeytan da lazımdır.Çünkü dindarların allahı şeytanla mübarizədə mövcuddur.Şeytanı olmayan allah,düşməni olmayan cəngavər kimi bir şeydir.

Nə qədər acı səslənsə də,biz bir xalq olaraq indi yiyəlik etdiyimiz Nizami Gəncəviyə görə farsın şahına,Məhəmməd Füzuliyə görə ərəbin qəbrinə,Mirzə Fətəli Axundzadəyə görə isə rusun çarına borcluyuq.

Ay yazıqlar,insanın əsl qatili heç vaxt tapılmır,qeyibdən gəlib işini görür,sonra da ərşə çəkilir,tapılanlar isə həqiqi qatillər deyil.

Halal fahişə,halal kolbasa,əzl müsəlman həyatı.

Avropa səhifələri islam peyğəmbərinin karikaturalarını öz səhifələrində çap edib qəzəblənmiş əliyabalı müsəlmanları küçələrə tökəndən dərhal sonra “Yeni Xəbər” qəzetinin suyuşirin baş yazarı öz səhifəsində guya Məhəmməd  peyğəmbərə canıyananlıq edib,öz əli ilə naşıcasına çəkdiyi İsa peyğəmbərin karikaturalarını yayımlamışdı və “Cava atəşi ilə düşmən susduruldu,itki yoxdur” adlı sarsaq bir köşədə yazıb yapışdırmışdı qəzetin alnına.

Bakının bir sirri göz qabağında idi,burda irəliyə doğru başınla deyil,dalınla,arxanla gedə bilərsən.

Rusiyadan böyük qardaşımın oğlu bizə qonaq gəlmişdi.Anası rus olduğu üçün öz diluimizi bilmir.Bir gün məndən soruşdu ki, “Hacı dükanı” nə deməkdir ki,orda araq,şampan satılmır?Dedim,elə bil sizin dildə desək, “Keşiş dükanı”.Mat qaldı,keşişin də dükkanı olar?Bilmədim nə deyim,day demədim ki,rəhmətliyin nəvəsi,bizdə Hacının nəinki dükanı,restoranı,hamamı,naxırı,kolbasası,sosiskası,hətta pivəsi var.
Bu gün,sabah,yəqin,arağı-çaxırı da çıxacaq.

Biz Azərbaycanlıların üzünə taledən qabaq,tarix gülməlidir,tarix!

“Şair,Allah xofu olmasa yerdəki bütün fahişələr göyə uçub mələk olar,göydəki mələklər isə yerə tökülüb fahişəlik edərlər”.

Sən özün şahidsən ki,xalqımız özünə millət vəkilini,bələdiyyə sədrini,ölkə başçısını da qarpız seçdiyi kimi seçir.

“Kişi təslim olursa əllərini qaldırır,qadın təslim olursa ayaqlarını”

Məcnun əfsanədə Leyliyə lazımdır,həyatda yox.
O,əfsanədə,yazıda abırlı,ismətli ev qızıdır.
Leyli həyatda fahişədir,sevgisizdir,acdır,eşqə yox,pula ehtiyacı var.
Həyat,bax bu sirrin üstünü açıb,cavan oğlan!

Bu gün Azərbaycan bədənin əlçatmaz yerindəki sağalmaz yaraya bənzəyir.

Laylay balaca uşağlar üçün düzəldilmiş balaca muğamdır.Muğamat da böyüklər üçün uyduurulmuş laylaydır.

Sevinc hissi insanın zəhmətinin bəhrəsidir,sevincin,gülüşün mənbəyi əməkdir.İnsan gülmək üçün ömrü boyu zəhmət çəkir,tər tökür.Kədəri Allah yaradıb,sevinci insan.

Ölüm insanın qələbəsi,Allahın məğlubiyyətidir!

Onlar başa düşmürlər ki,əgər allah insan kimi qəzəblənə,sevə,bağışlaya bilirsə,demək qorxa da bilər.

Bəzən insanda ölüm qorxusundan da güclü bir hiss oyanır,bu hiss sevgidən oyanırsa insan aşiqə,yəni Məcnuna,nifrətdən oyanırsa qəhrəmana,Babəkə çevrilir.

Bəzən axmaqlıq ağıllıqdan çox kömək edir.

Bir gün gələcək Azərbaycanın itləri canavara,bağları meşəyə çevriləcək,bəs insanları kimə,nəyə çevriləcək,görəsən?

Bizim ölkədə telefon xətlərində seksual inqılab çoxdan baş verib,özü də elə namuslu,ismətli ev qızlarının hesabına.


Tərbiyədə ancaq danlaqdan istifadə uşağı daha da tərbiyəsizləşdirdiyi kimi,əmləinə görə qadının da öz vicadnı tərfindən deyil,daim başqalarının vicdanı tərəfindən mühakiməsi onu daha da əxlaqsızlaşdırır.

Atalarımız o vaxt qurban kəsdikləri qoyunun qanını alnımıza yaxmaqla şüuraltı olaraq gələcəyin növbəti qurbanlarını – bizləri – qanları işarələyirmişlər.

Ağlamaq təkbaşına seks növüdür.


Və ən çətin günündə özündən başqa,Yanında heç kimi olmur insanın.

5 Haziran 2013 Çarşamba

Ədəbiyyatdan Qayanaqlanan Filmlər Vol5

Cormac McCharty-No Country for Old Men
John Steinbeck-Of Mice and Men


Ken Kesey-Once Flew Over The Cuckoo's Nest


Henri Charriere-Papillon

Patrick Süskind-Parfume

Pierre Boulle-Planet of the Apes

Jane Austen-Pride Prejudice

Robert Bloch-Psycho

Jake La Motta-Raging Bull

Adrian Martin-Once Upon a Time in America


28 Mayıs 2013 Salı

Ədəbiyyatdan Qayanaqlanan Filmlər Vol4

Thommas Rassing - Hannibal Rising
Douglas Adams - The Hitchhiker`s Guide To The Galaxy


Truman Capote - Breakfast at Tiffany's

Feride Çiçekoğlu - Uçurtmayı Vurmasınlar

Dashiel Hammets - The Maltese Falcon



Ernesto Che Guevara - The Motorcycle Diaries

Philippe Djian - Betty Blue

Jerzy Kosinski - Being There

Paul Auster - Mr Vertigo
Zülfü Livaneli - Mutluluk



18 Mayıs 2013 Cumartesi

Ağlımda bir fikir var :)

Ağlıma bu dəqiqə belə bir fikir gəldi ;
Oxuduğum kitabların bəzilərinin ilk cümlələrini seçib bloga əlavə etmək.
Sizdən ricam,siyahını genişlətmək üçün bu yazını oxuduğunuz zaman siz də yadda qalan kitablarınızın ilk cümləsini şərh yazaraq bura əlavə etmənizdir.


"Gregor Samsa,bir sabah bunaltıcı düşlerden uyandığında kendini yatağında dev bir böceğe dönüşmüş olarak buldu"
Frans Kafka-Dönüşüm



Məncə ən vacib şey özündən sonra biz iz qoymaqdı.
David Nicholls-Bir Gün

Altı yaşındaydı ve altı yaşında ölecekti.
Hakan Günday-AZ

Uzun illərdən sonra,divar dibində dayanıb,güllələnməyini gözləyəndə polkovnik Aureliano Buendia atasına qoşulub,buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq.
Gabriel Garcia Marquez-Yüzillik Tənhalıq

Ellerindeki damarları ve yüzündeki kırışıkları görseniz yüz elli yaşında zannedersiniz oysaki sadece seksen dört yaşında Anneannem.
Emrah Serbes-Erken Kaybedenle

Bu cümle,yazmayı öğrendiğimin kanıtıdır.
Hakan Günday-Azil

Məhəbbət-döyüşdür.Əvvəlcədən uduzulmuş döyüş.
Fredrik Bergeder-Məhəbbət üç il yaşayır

Siktir Et dediğiniz zaman genelde size acı veren bir şeyi,bir bağınızı salı verirsiniz.
John Parkin-Siktir Et

Anam ölmüş bu gün.Belki de dün,bilmiyorum.
Albert Camus-Yabancı

Deyəsən kimsə Yozef K-nı şərləmişdi,çünkü elə bir pis iş tutmasa da,səhər-səhər gəlib onu həbs etdilər.
Frans Kafka-Məhkəmə.

İyi bir servete sahip olan bekar bir erkeğin,her şeyden önce bir eşe ihtiyacının olduğu kabul görmüş bir gerçektir
Jane Austen-Aşk ve Gurur

Geçmişin tanrıları öldüler ve yeniden doğulmaları imkansız.
Osho-Devrim

Gurbet tuhaf bir kelimedir,söyler söylemez ağızda kekremesi bir tat bırakır.
Elif Şafak-Şemspare



Cunun!Sazaqlı havada bir-birinin arxasına qısılıb yatmış dəvə sürüsünü xatırladan,toz-tonaqlı yellərin,çör-çöplü boğanaqların veyilləndiyi bu boz təpələrdə,onsuz da hamı səni divanə adlandırır,sir-sifətinə,görkəminə baxanda,bilinmir,dünyaya kişi gəlmisən,yoxsa qadın.
Aqşin Yenisey-Cənnətdə Terror Aksiyası

Şimdi bir ölüyüm ben,bir ceset,bir kuyunun dibinde.
Orhan Pamuk-Benim Adım Kırmızı

"O günler en iyisiydi,ya da en kötüsü,akıl çağıydı ve aptallık çağıydı,inançlar zamanıydı ve inançsızlıklar zamanıydı,ışık mevsimiydi ve karanlık mevsimiydi,umut baharıydı ve umutsuzluk kışıydı;yaşayabilmek işin her şey vardı önümüzde  ve yaşayabilmek için önümüzde hiç bir şey yoktu;hepimiz doğrudan cennete gidiyorduk,hepimiz doğrudan cehenneme gidiyorduk."
Charles Dickens-İki Şehrin Hikayesi
İnsan psikoljisinde hakim olma arzusu hep olmuştur.
Nevzat Tarhan-Gri Propaganda

"Mutlu aileler birbirine benzerler,her mutsuz aileninse kendine özgü mutsuzluğu vardır"
Leo Tolostoy-Anna Karanina

17 Mayıs 2013 Cuma

Böyük Yazarların Gizli Həyatları


Bir çox yazarın fərqli və qeyri adi həyat tərzi yaşadığı deyilir. “Böyük yazarların gizli həyatları “ adlı kitab,bu həyatlara aid göstərişlər verir.

Robert Sehnaxerberg`in qələmə aldığı kitabdan bəzi qeydləri aşağıda oxuya bilərsiz.

Shakespare,yazdıqlarından qazandığından daha çox gəliri sələmçilik edərək qazanırdı.


Qaranlıq hekayələrin ustası,Edgar Allen Poe`nin,qaranlıqdan çox,içki ilə başı bəladaydı.Yaşadığı müddət ərzində alacağlarından bir addım irəlidə,sərxoşluqdan isə bir addım geridəydi.


Dünyanın ən böyük yazarlarından biri olaraq qəbul edilən “Böyük Ümüdlər”in müəllifi Charles Dickens,dünyanın bəlkə də ən qeyri adi yuxu vərdişinə sahib idi.Dickens,yatarkən mütləq üzü şimal qütbünə baxacaq şəkildə uzanırdı.Bu seçimini “yerkürəsi elektrik cərəyanları,müsbət və mənfi elektrik” kimi şeylərlə açıqlayırdı.Ən çox zaman keçirdiyi yer isə “kimsəsizlər morgu” idi.


Vətandaş itaətsizilik nəzəriyyəsini ortalığa atan Henry David Thoreou,nadir hallarda duş alar,saçlarını deyim yerindəysə heç bir zaman daramazdı.Thoreou,eyni zamanda ilk “üzümlü çörəyi” hazırlamışdı.


Wolt  Withman,bir homoseksual idi.Ən böyük sevgisi isə ABŞ Prezidenti,Abraham Lincoln`du.Şeir yazmadıqı və ya Abaraham Lincoln`a hiss etdiyi sevgini söyləmədiyi zamanlarda,duşun altında içki içərək,bağıra-bağıra mahnı oxuyurdu.


Balzac,51 yaşında ölməsinə baxmayaraq,arxasında yüzlərcə ölümüsüz əsər buraxmışdı.Gündə təxminə 50 stəkan qəhvə  içdiyi söylənən Balzac,qəhvə hazırlayacaaq birisi olmadığına,qəhvə nüvələrini çeynəyirdi.


Tolostoy`un 13 övladı vardı.48 illik evliliyinin arxasından,yoldaşına; “mənim yaşımda insanların tez-tez etdikləri bir şeyi edirəm.Son günlərimi tək başıma və sükunət içində keçirəbilmək üçün,dünyadan imtina edirəm”  yazan, bir məktub buraxaraq,evini tərk etdiyində 82 yaşındaydı.Tolostoy,bir neçə gün sonra,bir qatar dayanacağında donaraq vəfat etdi.

Tolostoy,həmyerlisi İvan Turgenyev`i duelloya dəvət etmişdi.Hətta silahlar belə hazırlanmışdı lakin sonralar ortalığa girən,xətri sayılan dostların sahəsində duello baş tutmadı.Bu hadisənin ardından,bu iki insan,heç bir zaman görüşmədilər.



Lawis Carrol,bir riyaziyyat daihisiydi.Söz kəşf etməkdə onun kimisi yox idi.Hələ də,ingiliscə`də onun uydurduğu yüzlərcə sözdən istifadə olunur.Kitabxanalarda kitabların daha asan tapılabilməsi üçün,kitab adını cildin arxasına yazmaq fikrini də Carrol`a məxsusdur.Bundan əlavə Carrol, “Sarrabele” oyunun ilk nümunəsini hazırlamışdı.Carrol`un ən sevdiyi nəqliyyat vaistəsi isə özünün icad etdiyi “üç təkərli velosipet”di.


İrlandiya əsilli yazar Oscar Wilde,ABŞ ziyarəti zamanı gördüyü “Pionisti vurmayın.Əlindən gələni edir” yazısının yaşamı müddətcə gördüyü tək məntiqli sənət tənqidçisi olduğunu dedi.Wilde`in,Hemingway`lə ən böyük oxşar özəlliyi,ikisinin də uşaqlıqları müddətində,analarının istəyi üzərinə,qadın paltarları giyməkləridir.


Jack Londaon,əsl bir kitabqurdu idi.London`un kitabxanasında 45min kitab vardı.John Baryelcom isimli əsəri adsız sərxoşlar birliyinin oxuma siyahısında yer tuturdu.London,beş yaşında içkiyə başladı və 40 yaşında vəfat etdi.London,o qədər içki içirdi ki,tez-tez qəzaya düşürdü.


Virgine Wolf,danışmağı çox sevirdi.Bir dəfə 48 saat fasilə etmədən danışmışdı.Bütün əsərlərini rəssam olan bacısının iş formasından ilham alaraq və ayaqda dayanaraq yazmışdı.


James Joyce və Marcel Proust,yaşadığı müddət ərzində,yalnız bir dəfə görüşmüşdülər.İki yazarın görüşü,böyük bir diqqət mərkəzində idi.Hər iki yazarın da yaşı irəliləmişdi.Bir neçə müddətdən sonra,çəkinərək də olsa bir-birlərinin kitablarını oxumadıqlarını etiraf etdilər.


Frans Kafka,ət yeməyi cinayətə bərabər tutan insan.Vəsiyyətində yaxın dostu olan Brad`dan (Yazqı,Ocağçı,Çevrilmə, Cəza Müstəmləkəsi,Kənd Həkimi) xaric,bütün əsərlərini yandırmasını istəmişdi.Dostu Max Brad,onun bu vəsiyyətini yerinə yetirməyərək,Kafka`nın yazarlıq kariyerasına böyük qatqı qazandırdı.


Agathe Christie,1962ci ildə,36 yaşında olarkən ortalıqdan itdi.Yerli polis,xalq və kəşfiyyatçılar hər yerdə onu axtarırdı.Christie,10gün sonra saxta bir şəxsiyyətlə bir oteldə tapıldı.Nə olduğunu soruşanlara isə bir şey xatırlamadığını deyirdi.Christie,nə olduğu isə bir sirr olaraq qaldı.


Ernest Hemingway,özü haqqında ağır bir hekayə yazan tənqidçini,ilk qarşılaşdığı yerdə tutub yerə yıxdı.O dövürdə,bir yazarın,tənqidçiyə qarşı ən sərt hərəkəti bu olmuşdu.

15 Mayıs 2013 Çarşamba

Şekspir, əslində "mərhəmətsiz" bir iş adamıymış!



Uelsdəki Aberystwyth Universitetindən bir qrup alimin etdiyi araşdırmanın, Şekspirin, qıtlıq dövründə taxıl işindən pul qazanan "mərhəmətsiz" bir iş adamı olduğunu göstərir.
Alimlər, may ayında Uels Hay Ədəbiyyat Festivalında təqdim ediləcək dissertasiyalarında, Şekspirin, eyni zamanda taxıl taciri olduğunu, ətrafa borc pul verdiyini və vergidən yayındığını irəli sürdü.
Şekspirin sıxlıqla görməməzlikdən gəlinən iş anlayışı araşdırılmadan tam mənasıyla anlaşılamayacağını müdafiə edən, Aberystwyth'de Orta əsrlər və İntibah ədəbiyyatı dərsləri verən Jayne Archer və həmkarları Howard Tomas ilə Richard Marggraf Turley, ədəbiyyatçının Stratford-upon-Avon qəsəbəsindəki bu həyatının detallarını ortaya çıxarmaq üçün arxivləri araşdırdı.
Alimlər, dissertasiyalarında "Şekspir’in, 15 il müddətində qonşularına və yerli tacirlərə şişirdilmiş qiymətlərə sata bilmək üçün taxıl, səməni və arpa alaraq yığıb saxladığını, məhsullar üçün ona tam ödəniş edə bilməyəcək (və ya etməyəcək) kəslərin arxasına düşdüyünü, qazanclarını borc pul vermə işində istifadə etdiyini" yazdı.
Dissertasiyada, rəsmilərin, vergi qaçaqçılığı üzündən Şekspiri təqibə aldığı, 1598-ci ildə qıtlıq zamanı taxıl yığmaq haqqında cinayət təqibi açıldığı ifadə edildi.
Jayne Archer, Şekspirin bu cəhətlərinin, tənqidçilər və alimlərin, yaradıcı dahinin eyni zamanda öz mənfəəti üçün hərəkət etdiyi fikrini uyğun bilməyəcəkləri üçün görməməzlikdən gəlindiyini söylədi.
Archer, Şekspirnin, 16-cı əsrin sonuyla 17-ci əsr başlanğıcında yaşadığını və əsərlərini qələmə aldığını ifadə edərək, qeyri-adi soyuq və həddindən artıq yağışların qıtlığa səbəb olduğu bu dövrün, "Kiçik Buz Dövrü" olaraq bilindiyinə diqqəti çəkdi.
Akademik Archer, bu dövrdə yaşanan qida çətinliyinin, qıtlıqdan məhv olan qədim Romada keçən "Koryalanus" daxil olmaqla Şekspir’in oyunlarına yeni bir İşıq tuta biləcəyini, "Kral Lir" da da qıtlığa toxunulduğunu qeyd etdi.
Archer, Şekspirnin "mərhəmətsiz" bir iş adamı olması fikrinin, həssas sənətçinin romantik fikirləriylə uyğunlaşmayacağını ancaq ədəbiyyatçının çox sərt mühakimə olunmaması lazım olduğunu ifadə edərək, "Şekspir’in, aclığın adamı olaraq xatırlamaq, onu daha çox insan, daha çox anlayışlı və daha çox mürəkkəb edər" dedi.

10 Mayıs 2013 Cuma

Dünya’da kim nə qədər kitab ixrac edir?



Wikipedia‘da yerləşdirilən  bir siyahıda,ölkələr ixrac etdikləri kitab sayına  görə açığlandı. 
Bu siyahıda 123 ölkənin adı var. Siyahıdakı ilk 15 ölkə aşağıdakı kimidir:
  1.  ABŞ (2010) 328,259
  2.  İngiltərə (2005) 206,000
  3.  Çin (2010) 189,295 (328,387 Toplam)
  4.  Rusya (2008) 123,336
  5.  Almanya (2009) 93,124
  6.  İspanya (2008) 86,300
  7.  Hindistan (2004) 82,537
  8.  Japonya (2009) 78,555
  9.  İran (2010) 65,000
  10.  Fransa (2010) 63,690
  11.  Pakistan (2010) 45,000
  12.  Cənubi Kore (2011) 44,036
  13.  Tayvan (2010) 43,309
  14.  Türkiyə (2011) 43,100
  15.  Hollandiya (1993) 34,067
Bir gün ölkəmizi`də ilk 15-lik də görmək ümüdü ilə….



8 Mayıs 2013 Çarşamba

Ədəbiyyatdan Qayanaqlanan Filmlər Vol2

Cingiz Aytumatov-Selvi Boylum Al Yazmalım
James M Cain-The Postman Always Rings Twice

Perihan Mağden-İki Genç Kız

Anthony Burgess-Otomotik Portakal(Oxumanızı məsləhət bildiyim bir kitabdı)

Ian McEwan-Antonement

Stanley Kubricks-Barry Lyndon

Jerzy Kosinski-Being There

Helen Fielding-Bridget Jones's Diary

Robert Ludlum-The Bourne Identity


Edwin Torres-Carlito's Way