17 Mayıs 2013 Cuma

Böyük Yazarların Gizli Həyatları


Bir çox yazarın fərqli və qeyri adi həyat tərzi yaşadığı deyilir. “Böyük yazarların gizli həyatları “ adlı kitab,bu həyatlara aid göstərişlər verir.

Robert Sehnaxerberg`in qələmə aldığı kitabdan bəzi qeydləri aşağıda oxuya bilərsiz.

Shakespare,yazdıqlarından qazandığından daha çox gəliri sələmçilik edərək qazanırdı.


Qaranlıq hekayələrin ustası,Edgar Allen Poe`nin,qaranlıqdan çox,içki ilə başı bəladaydı.Yaşadığı müddət ərzində alacağlarından bir addım irəlidə,sərxoşluqdan isə bir addım geridəydi.


Dünyanın ən böyük yazarlarından biri olaraq qəbul edilən “Böyük Ümüdlər”in müəllifi Charles Dickens,dünyanın bəlkə də ən qeyri adi yuxu vərdişinə sahib idi.Dickens,yatarkən mütləq üzü şimal qütbünə baxacaq şəkildə uzanırdı.Bu seçimini “yerkürəsi elektrik cərəyanları,müsbət və mənfi elektrik” kimi şeylərlə açıqlayırdı.Ən çox zaman keçirdiyi yer isə “kimsəsizlər morgu” idi.


Vətandaş itaətsizilik nəzəriyyəsini ortalığa atan Henry David Thoreou,nadir hallarda duş alar,saçlarını deyim yerindəysə heç bir zaman daramazdı.Thoreou,eyni zamanda ilk “üzümlü çörəyi” hazırlamışdı.


Wolt  Withman,bir homoseksual idi.Ən böyük sevgisi isə ABŞ Prezidenti,Abraham Lincoln`du.Şeir yazmadıqı və ya Abaraham Lincoln`a hiss etdiyi sevgini söyləmədiyi zamanlarda,duşun altında içki içərək,bağıra-bağıra mahnı oxuyurdu.


Balzac,51 yaşında ölməsinə baxmayaraq,arxasında yüzlərcə ölümüsüz əsər buraxmışdı.Gündə təxminə 50 stəkan qəhvə  içdiyi söylənən Balzac,qəhvə hazırlayacaaq birisi olmadığına,qəhvə nüvələrini çeynəyirdi.


Tolostoy`un 13 övladı vardı.48 illik evliliyinin arxasından,yoldaşına; “mənim yaşımda insanların tez-tez etdikləri bir şeyi edirəm.Son günlərimi tək başıma və sükunət içində keçirəbilmək üçün,dünyadan imtina edirəm”  yazan, bir məktub buraxaraq,evini tərk etdiyində 82 yaşındaydı.Tolostoy,bir neçə gün sonra,bir qatar dayanacağında donaraq vəfat etdi.

Tolostoy,həmyerlisi İvan Turgenyev`i duelloya dəvət etmişdi.Hətta silahlar belə hazırlanmışdı lakin sonralar ortalığa girən,xətri sayılan dostların sahəsində duello baş tutmadı.Bu hadisənin ardından,bu iki insan,heç bir zaman görüşmədilər.



Lawis Carrol,bir riyaziyyat daihisiydi.Söz kəşf etməkdə onun kimisi yox idi.Hələ də,ingiliscə`də onun uydurduğu yüzlərcə sözdən istifadə olunur.Kitabxanalarda kitabların daha asan tapılabilməsi üçün,kitab adını cildin arxasına yazmaq fikrini də Carrol`a məxsusdur.Bundan əlavə Carrol, “Sarrabele” oyunun ilk nümunəsini hazırlamışdı.Carrol`un ən sevdiyi nəqliyyat vaistəsi isə özünün icad etdiyi “üç təkərli velosipet”di.


İrlandiya əsilli yazar Oscar Wilde,ABŞ ziyarəti zamanı gördüyü “Pionisti vurmayın.Əlindən gələni edir” yazısının yaşamı müddətcə gördüyü tək məntiqli sənət tənqidçisi olduğunu dedi.Wilde`in,Hemingway`lə ən böyük oxşar özəlliyi,ikisinin də uşaqlıqları müddətində,analarının istəyi üzərinə,qadın paltarları giyməkləridir.


Jack Londaon,əsl bir kitabqurdu idi.London`un kitabxanasında 45min kitab vardı.John Baryelcom isimli əsəri adsız sərxoşlar birliyinin oxuma siyahısında yer tuturdu.London,beş yaşında içkiyə başladı və 40 yaşında vəfat etdi.London,o qədər içki içirdi ki,tez-tez qəzaya düşürdü.


Virgine Wolf,danışmağı çox sevirdi.Bir dəfə 48 saat fasilə etmədən danışmışdı.Bütün əsərlərini rəssam olan bacısının iş formasından ilham alaraq və ayaqda dayanaraq yazmışdı.


James Joyce və Marcel Proust,yaşadığı müddət ərzində,yalnız bir dəfə görüşmüşdülər.İki yazarın görüşü,böyük bir diqqət mərkəzində idi.Hər iki yazarın da yaşı irəliləmişdi.Bir neçə müddətdən sonra,çəkinərək də olsa bir-birlərinin kitablarını oxumadıqlarını etiraf etdilər.


Frans Kafka,ət yeməyi cinayətə bərabər tutan insan.Vəsiyyətində yaxın dostu olan Brad`dan (Yazqı,Ocağçı,Çevrilmə, Cəza Müstəmləkəsi,Kənd Həkimi) xaric,bütün əsərlərini yandırmasını istəmişdi.Dostu Max Brad,onun bu vəsiyyətini yerinə yetirməyərək,Kafka`nın yazarlıq kariyerasına böyük qatqı qazandırdı.


Agathe Christie,1962ci ildə,36 yaşında olarkən ortalıqdan itdi.Yerli polis,xalq və kəşfiyyatçılar hər yerdə onu axtarırdı.Christie,10gün sonra saxta bir şəxsiyyətlə bir oteldə tapıldı.Nə olduğunu soruşanlara isə bir şey xatırlamadığını deyirdi.Christie,nə olduğu isə bir sirr olaraq qaldı.


Ernest Hemingway,özü haqqında ağır bir hekayə yazan tənqidçini,ilk qarşılaşdığı yerdə tutub yerə yıxdı.O dövürdə,bir yazarın,tənqidçiyə qarşı ən sərt hərəkəti bu olmuşdu.

Hiç yorum yok:

Yorum Gönder