10 Mayıs 2013 Cuma

Haruki Murakami "Boston Marafonu" barəsində yazdı


Keçdiyimiz otuz il içində, otuz üç tam marafon qaçdım.

(...)

Marafonların gözəlliyi rəqabətin olmamasından qaynaqlanır. Dünya səviyyəsindəki idmançılar arasında çətin çəkişmələr əlbəttə yaşanar. Amma mənim kimi bir qaçışçı (və fikrimcə qaçışçıların bir çoxuna da aiddir) müddətin əhəmiyyət daşımadığı adi qaçışçılar baxımından, marafon bir müsabiqə deyildir. Qırx iki kilometr qaçmaq təcrübəsinin kefinə çatmaq üçün yarışa qatılarsınız və qaçdığınız müddət bunun dadını çıxararsınız. (Qaçdıqca) Az-az ağrı hiss etməyə başlayarsırsınız, ardından hiss etdiyiniz ağrı ciddi şəkildə çoxalır və sonda ağrının da dadını çıxarmağa başlayarsınız. Bu qarışıq müddəti ətrafınızdakı qaçıcılarla paylaşmaq keyfin bir hissəsidir. Tək-tənha qırx iki kilometr qaçmağı sınasanız, üç, dörd, beş saat boyunca şübhəsiz ağrı çəkərsiniz. Daha əvvəl bunu etdim və eyni təcrübəni təkrarlamaq niyyətində deyiləm. Amma başqa qaçıcılarla birlikdə qaçmaq daha az işgəncə çəkmə imkan verir. Fiziki baxımdan çətindir əlbəttə-necə olmasın? - Amma qardaşlıq və birlik duyğusu sizi finiş xəttinə aparar. Marafon əgər bir mübarizədirsə, bu daha çox özünüzə qarşı apardığınız bir mübarizədir.

Haruki Murakami, New Yorker'ə bu il qana bulanan Boston Marafonu'nu yazıb; yeni bir həftəyə başlayarkən, ilham qaynağı niyyətinə burada iştirak etmək istədim. Dünya işlərinin çətin etapları, həyat qaçışının yorucu döngələrində, marafon qaçan Murakami obrazı, bir otağa bağlanmış yazan Murakami obrazı qədər qüvvətli, həm də bir onun qədər parlaqdır.

O zaman Tolstoy'dan sitat gətirən Chris McCandless ilə bitirək:
"Xoşbəxtlik ancaq paylaşıldığında gerçəkdir."

Elə ola bilərmi?

Yalnız qaçanlara soruşmaq lazımdır.


Tərcümə:Zeynəb Münzevi
Redakte:Elşən Novruzlu

Hiç yorum yok:

Yorum Gönder