10 Mayıs 2013 Cuma

Bir yoldaşla kitab və həyat üzərinə söhbətimizdən...

-İlk oxuduğunuz və həyatınızı 180 dərəcə dəyişən bir kitab? :)
-Elxan Zeynallı-"A" romanı...
-Hansı tərəfə dəyişdi  həyatını o kitab?
-O kitab sahəsində Chuck Palahniuk`u tanıdım,bu da həyatımın dönüşüm nöqtəsi oldu.
-Bəs vaxt itkisi hesab etdiyiniz kitab olub mu?
-Oxuduğum hər kitabdan nə isə öyrənməyə çalışmışam,"vaxt itkisi" dediyiniz kitabdan da,zamanımın dəyərini bilməm gərəkdiyini öyrəndim.
-Məhz o kitabın adını diyə bilərsinizmi?
-Bəlkə də tərcüməsi səbəbi ilə Dostoyevsky "Qumarbaz" və ya Murakami "Zəlzələdən beş gün sonra" kitablarının adlarını çəkə bilərəm.Bu kitabları öz dilimizdə oxumuşdum.
-Bəs Dostoyevsky`nin ikinci bir romanını təkrar oxudunuz mu?
-Ümumiyyətlə hansısa bir kitabı ikinci dəfə oxuduğumu xatırlamıram."Kitab kolleksiyamı" tam etdikdən sonra,oxuduğum hər bir kitabı,daha da diqqətli oxuyacam.
-Bəs soruşmaq olarmı ən böyük arzunuz...Ən bğyük xəyalınız nədir?
-Bir gün sevəcəyim işə sahib olmaq.Yəni ürəkdən edəcəyim bir iş.
məsələn;gənclər zamanını boş keçirməsin deyə; "bir kitab evi kafesi" ola bilər.
Ya da bir kitab yazmaq.Bir gün əyər kitab yazsam,yazdıqlarımı pula dəyişməyəcəm mən.
-Bəs kariyeradan başqa...Yaşam dolu insanların arzuladığı kimi...mavi panjurlu ev...böyük bir kitabxana...və ya başqa bir şey...
uşaqlıqdan arzuladığınız bir şey yoxdur mu?
-İki mərtəbəli bir ev.Baxçasında hovuz.İki uşaq və uşaqlar üçün bol oyuncaqlı bir otaq :)
-Bəs uşaqlarınız öz həyatını qurduqdan sonra,ahıl yaşınıza çatdığınız vaxt haralara gedib,huzur içində yaşamaq istərsiniz?...
Daha doğrusu necə yaşamaq istəyirsiniz?
-Arzum hər zaman ; Milano,Norveç və İstanbul olub.Ama yaşlandığım zaman,dağ qoynunda meşə olan bir yerdə yaşamaq istərdim.Balıq filan tutursan...
-Əladır ki)
Təşəkkürlər Elşən,
maraqlı söhbət oldu.
-Hər şey qarşılıqlıdı...Mən də çox zövq  aldım.

Hiç yorum yok:

Yorum Gönder