27 Temmuz 2013 Cumartesi

Henry Miller’in yazarkən əməl etdiyi 10 qayda.


1.Bir işi sonlandırmadan,digərinə başlama.
2.Başqa yeni bir kitaba başlama,köhnə yazılarına yeni bir şeylər əlavə etmə.
3.Sinirlərinə hakim olmaqa çalış.Etdiyin iş nə olursa olsun,sakit,gülərüz ol və ən əsası sözünü deməkdən çəkinmə.
4.Ruh halına görə deyil,plana əsasən işlə.Tam vaxtinda yuxudan qalx!
5.Bəlkə də yeni bir şeylər icad edə bilmirsən,lakin çalışmağa dəvam etməlisən.
6.İnsan olduğunu unutma! İstədiyin yerlərə get və isətdiyin qədər iç.
7.Hazırladığın plana əməl  etmək istəmirsənsə etmə,yarım buraxdığın işləri tamamla.
8.Yarış atı olma,həzz alaraq işlə.
9.Yazmaq istədiyin kitabları unutma,lakin yazdıqın kitabı fikirləş.

10.Yazmaqa üstünlük ver.Rəsm,musiqi,dostlar,film,bunların hamısı ikinci plan şeylərdi.

18 Temmuz 2013 Perşembe

Hemingway’dən yazarlara 8 məsləhət


1.Qısa cümlələrlə yaz.Hər zaman qısa cümlələrlə başla.Enerjili bir dilin olsun.Pozitif ol,negatif olma.

2.İşlətdiyin dil,yaşadığın dövrə aid olmalıdır,yoxsa yazdıqların bir işə yaramaz.

3.Əla,böyük,möhtəşəm və.s kimi sözlərdən uzaq dur.

4.Həqiqətən  qabiliyyətli olan  və  söyləmək istədiyi  şeylər haqqinda  səmimiyyətlə  hiss  etdiklərini  yazan  heç kimsə  bu qaydalara  əməl edib,pis bir şey əldə etməz.

5.Bütün gün çalış,o qədər çalış ki,əlavə etməyi gözə alacağın tək şey,günlük qazetləri oxumaq olsun.Sonra bir şeylər  ye,tennis oyna,ya da bir şey etmə və növbəti gün yazmağa yenidən başla.

6.Yazarlar tək yazmaq məcburiyyətindədirlər.Yalnızca sonda,əsərləri bitincə özlərini göstərməlidirlər.Yalnızca o zaman,başqa vaxt deyil.

7.Bəzən yazmaq mənə çətin gəldiyində,ehtiyacım olan cəsaarəti tapmaq üçün öz kitablarımı oxuyuram və o zaman onları yazmanın da mənə hər zaman çətin,hətta imkansız göründüyünü xatırlayıram.


8.Bir yazar həqiqətən dəyərli bir yazardirsa,hansısa cümləni,başqa bir yazardan oğurlamaz.Onu kəşf edər

4 Temmuz 2013 Perşembe

Detektif romanının 20 qızıl qaydası


S. Ş Van Dinə (Willard Huntington Wright):

"Dedektif romanı intellektual bir oyundur. Əlavə olaraq, bir idman müsabiqəsinin; və bir dedektif romanı yazmağın çox qatı qaydaları vardır. Yazılı olmasa da bu qaydalar məcburidir; özünə hörməti olan hər dedektif romanı yazıçısı bu qaydalara riayət edər. Bu siyahı, bir ölçüdə məşhur dedektif romanı yazarlarının təcrübələrinə, bir tərəfdən də fərdi fikirlərimə əsaslanır. "

1. Oxucu, sirri həll etməkdə dedektif ilə bərabər şərtlərə sahib olmalıdır. Hər ipucu açıqca ifadə  olunmalı və açıqlanmalıdır.

2. Günahkarın, dedektifi yanıltmağa istiqamətlənmiş səyləri xaric, yazar oxucunu yanıltmağa çalışmamalıdır.

3. Romanın mövzusu eşq olmamalıdır. Problem, aşiq bir cütlükləri nikah məmuru qarşısına çıxarmaq deyil; günahkarı hakim qarşısına çıxarmaqdır.

4. Dedektifin özü, və ya rəsmi istintaq işçilərindən hər hansı biri, günahkar çıxmamalıdır. Bu açıqca hiyləgərlikdir; Bu bir qızıl lirənin əvəzinə parlaq bir qəpik təklif etməyə bənzəyir.

5. Günahkar məntiqi üsullarla təsbit edilməlidir, səhvən, hadisə nəticəsində və ya özbaşına etiraf nəticəsində ortaya çıxmamalıdır. Bu, oxucunu içindən çıxılmaz bir labirintə sürüyüb, müvəffəqiyyətsiz olunca da axtardığı şeyi köynəyinizin cibindən çıxartmağa bənzər; bunu edən yazar bir təlxəkdən fərqlənməz.

6. Bir dedektif romanında bir dedektif tapılmalıdır; və bir dedektif dedektiflik etmədiyi müddətcə dedektif sayılmaz. Vəzifəsi ipuclarını toplamaq və ilk hissədəki nanəni yeyən günahkara çatmaqdır; və əgər bu məqsədini ipuclarının analizi ilə gerçəkləşdirməmişsə, arifmetik sualının cavabını kitabın arxasından köçürən şagirddən fərqi qalmaz.

7. Dedektif romanında bir cəsədin olması şərtdir; və cəsəd nə qədər ölüdürsə o qədər yaxşıdır. Cinayətdən daha yüngül bir günah yetərsiz qalar. 300 səhifə, cinayətdən başqa bir cinayət üçün lap çoxdur. Oxucunun səbri və xərclədiyi enerji qiymətləndirilməlidir.

8. Cinayətin həlli tamamilə obyektiv üsullara söykənən olmalıdır. Ouija taxtaları, düşüncə oxuma, ruh çağırma seansları, şüşə kürələr və s. irreal üsullar tabudur. Oxucu, həqiqi üsullar istifadə edən bir dedektif ilə rəqabətə girə bilər, amma ruhlar aləminə dalmaq və ya metafizikanın dördüncü ölçüsünü tapmaq kimi bir səyə girişəcəksə başdan itirmiş olacaq.

9. Bir-və yalnız bir-dedektif olmalıdır. Baş-başa verən iki, üç (və ya bir çox) dedektif olması, həm məntiq icra nizamını pozar, həm də oxucu qarşısında haqsız bir rəqabət üstünlüyü təmin etmiş olar. Bu vəziyyət oxucunu, bir bayraq yarışı qrupu ilə yarışdırmağa bənzər.

10. Günahkar, əhvalatın bir hissəsində yer almış bir adam çıxmalıdır, yəni oxucunun daha əvvəl tanışı, marağına məzhər ola biləcək bir adam olmalıdır.

11. Qatil xidmətçi olmamalıdır! Bu çox sadə olar. Normalda özündən cinayət işləməsi gözlənilməyəcək biri çıxmalıdır ki, oxucunun zəhmətinə dəysin.

12. Bir-və yalnız bir-qatil olmalıdır, neçə cinayət işlənmiş olursa olsun. Günahkara kiçik köməyi dəyənlərin olması təbiidir, amma nəhayət bütün günah tək bir adamın çiyinlərində olmalıdır. Oxucunun hirsi yalnız bir adama yönlənməlidir.

13. Gizli təşkilatların, mafiya və s. cinayət təşkilatlarının, dedektif romanında yeri ola bilməz. Bu cür topdan cinayət mərkəzləri, tək bir cinayətin ovsunlayıcı gözəlliyini acıqlandıracaq da. Qatilə idmançı bir müdafiə şansı verilməsi lazımdır; ancaq arxasına bütün bir təşkilatı alması qəbul edilə bilməz. Heç bir üst-sinif, özünə hörməti olan qatil bu cür bir avansı qəbul etməyəcək.

14. Cinayətin olma şəkli, və sorğulanma üsulu, şüurlu və elmi olmalıdır. Xəyal məhsulu, spekulyativ qurğuları polis romanında göz yumula bilməz. Yazar bir dəfə Jules Verne bənzəri bir fantaziya aləminə getsəniz, dedektif fantaziyası xaricinə çıxmış, sərhədləri olmayan macəra fantaziyasına girmiş sayılır.

15. Sirrin həlli heç olmasa ağıllı bir oxucu üçün hər zaman açıq olmalıdır. Bununla bunu nəzərdə tuturam: Oxucu, həlli oxuduğunda, romana başdan bir göz atdığı təqdirdə, həllin əslində orada yatmaqda olduğu, bütün ipuclarının gerçək günahkara işarə etdiyi mövzusunda razı olmalıdır; detektiv qədər hiyləgərdirsə son hissəni oxumadan günahkarı təxmin etməlidir.

16. Dedektif romanı uzun-uzadı təsvirlər, yan-mövzulara fokuslanan ədəbi qisimlər, diqqətlə işlənmiş şəxsiyyət analizləri, həmçinin hər hansı bir "atmosfer" qayğısı olmamalıdır. Bu cür sözlərin cinayət və detektiflik fantaziyasına bir təsiri yoxdur. Fantastikanı, əsl mövzu ilə maraqsız tərəflərə çəkəcək şəkildə bölərlər. Asli mövzu bir sirrin ortaya qoyulması, araşdırılması və müvəffəqiyyətli bir şəkildə həll edilməkdədir ibarət olmalıdır. Digər tərəfdən, əlbəttə, əhvalata realizm qazandırmaq üçün kafi dərəcədə şərh, xarakter təsviri edilməsi lazım olacaq.

17. Bir dedektif romanında qatil, professional bir günahkar çıxmamalıdır. Oğru və quldurların işlədikləri cinayətlər, polis təşkilatının sahəsinə girər; ağıllı amatör detektiflerimizin deyil. Ən cazibədar qatil bir kilsə rahibi, və ya xeyriyyəçi bir BAKİRƏDİR!

18. Dedektif romanında cinayət sanılan hərəkətin intihar və ya qəza olduğunun başa düşülməsi qəbul edilə bilməz bir vəziyyətdir. Bu qədər zəhmətin nəticəsində belə bir nəticənin çıxması, oxucunun etibarını zədələyər və ürəyini qırar.

19. Dedektif romanlarındaki bütün cinayətlərin səbəbi fərdi olmalıdır. Beynəlxalq cinayət və döyüş üsulları başqa bir növün maraq sahəsinə girər.  Məsələn, gizli kəşfiyyat təşkilatı hərəkətləri. Bir cinayət əhvalatı isə oxucunun gündəlik təcrübələrinə yaxınlıq daşımalı, basdırılmış hisslərinə xitab etməlidir.

20. Nəhayət, siyahımızı bir cüt ədəd ilə bitirə bilmək üçün, özünə hörməti olan heç bir dedektif romanı yazarının artıq faydalanmaq istəməyəcəyi bir neçə metodu burada sıralayıram. O qədər çox istifadə olundular ki, növün oxucuları üçün bir tanışlıq qazandılar. Bunları istifadə yazarın qeyri-kafi və orijinallıqdan məhrum olduğunun etirafı kimidir. (A) günahkarı cinayət yerində buraxılmış bir siqaret izmaritinin cinsi köməyiylə təsbit etmək. (B) günahkarı etirafa məcbur edəcək, uydurma bir ruh çağırma seansı təşkil etmək. (C) Saxta barmaq izləri. (D) Axmaq olan şahid. (E) Hürməyərək, qatilin tanış olduğunu ələ verən it. (F) Günahkarın, günahkar kimi görünən ancaq günahsız olan birinin əkizi və ya ona çox bənzəyən biri çıxması. (G) Yuxu dərmanı istifadəsi (h) Bağlı olan otaqdakı cinayətin, polis içəri girdikdən sonra işlənmiş olması (i) Kəlimə çağırışım testləri ilə günahkarın təsbiti. (J) Dedektif tərəfindən həll edilən şifrəli bir mətn.


Bu yazı ilk dəfə Sentyabr 1928-ci il tarixində Amerika Magazine-də nümayiş olunmuşdur.

29 Haziran 2013 Cumartesi

Hemingway’in, pişiyinin son saatlarından danışdıqı məktub


Ernest Hemingway, Kuba’daki evi Finca Vigia‘dan dostu Gianfranco Ivancich’e yazdığı 22 fevral 1953 tarixli məktubunda əmekdar pişiyi Uncle Willie’nin son saatlerından danışır.
“Əziz Gianfranco;
Sənə yazmaqı bitirib,məktubu zərfə yerləşdirirdim ki,Mary gəldi və “Wille`nin başına qorxunc bir hadisənin gəldiyini” söylədi.Cəld çölə çıxdım və yerdə Wille`ni gördüm.Hər iki sağ ayağı qırılmışdı.Çox güman ki,ya üzərindən ağır bir maşın keçmişdi və ya kimsə onu biir ağacla döymüşdü.Evə qədər olan məsafəni,digər sağlam ayaqları ilə gəlib çıxmışdı.Sümükləri çox yerdən qırılmışdı lakin o yenə də mırıldayaraq,onu sağalda biləcəyimi düşünürdü.
Rene`dən onun üçün bir qab süt gətirməsini istədim.Rene onu qucağına aldı və sığallamaqa başladı.Və az sonra Üille sütünü içərkən,mən onu başından vurdum.Çox əzab çəktiyini düşünmürəm,çünkü sinirləri əzilmişdi qəzada və bu səbəbdən ayaqları möhkım ağrımaqa başlamamışdı hələ də.Manstruo,o,mənim əvəzimə atəş açmaq istəyirdi,lakin bu məsuliyyəti kimsənin üzərinə götürməsinə icazə verə bilməzdim.Wille`nin bir gün,özünü bir başqasının vurduğunu bilmə ehtimalına icazə verə bilməzdim.

Səninçün həqiqətən çox darıxıram.Uncle Wille üçün çox darıxıram.Daha əvvəl də birisini vurduğum olmuşdu lakin tanıdığım və 11ildir sevdiyim birisi olmamışdı bu.İki qırıq ayağıyla mırıldayan birisi heç olmamışdı.

9 Haziran 2013 Pazar

Paulo Coelho`dan Gezi Parkı`na Dəstək.


Paulo Coelho,twitter hesabından paylaşdığı Gezi Parkı açıqlamasında,Gezi Parkında istifadə olunan bibər qazlarının Brazilya istehsalı olması səbəbi ilə "özümüzdən utanmalıyıq" dedi.

Coelho,twitter hesabından paylaşdıqı mesajda "özümüzdən utanmalıyıq ; Türkiyədə istifadə olunan bibər qazı,Brazilya da istehsal olunur" dedi.
Bundan başqa,Coelho mesajının üstündə "Türkçe yazılarla "Made in Brazil" qeydi və bir də Brazilya bayrağı rəmzi olan "qaz balonu" rəsmi də əlavə etdi.

7 Haziran 2013 Cuma

Aqşin Yenisey`in "Cənnətdə Terror Aksiyası" kitabından seçmələr

Bizim kədərimiz də yerdədir,sevgimiz də
Bzim göydə heç nəyimiz,heç kimimiz yoxdur.

İnsanlar saraylarda bir cür,komalarda başqa cür düşünürlər.

“İnsanlar Allaha inanmaq əvəzinə,ondan qorxurlar”

Zəhmət haqqı ümüdünə yaşansaydı,insan hələ də əlində nizə daş dövründə veyillənirdi.

Azərbaycanda allaha olan sevgi ev-eşik,məişət sevgisi,
Qorxu isə arvad-uşağın dolanışıq qorxaqlığı həddindədir.

“Dünya elə kiçikdi ki
Bir yetimin yaşamağa yeri yoxdur
dünya elə böyükdür ki
Adamları basdırırıq neçə vaxtdır”

Bütün bu işgəncələrə,təhqirlərə baxmayaraq  əliçubuqlu sovet təhhsil sistemi səkkiz illik məktəb həyatında ona Səməd Vurğun`un “Azərbaycan” şerinin bir bəndindən və üç-dörd əyri-üyrü hərfdən,rəqəmdən savayı heç nə öyrədə bilmədi.

Fahişə olan fahişənin hamıya satdığı görünən bədəni deyil,heç kimə satmadığı görünməyən ruhudur.

Xalqın gücü tarixində,insanın gücü yaddaşındadır.

Bizim ölkədə xanəndəliklə mollalıq arasında elə də böyük fərq yoxdur.Biri dirinin arxasınca zırıldamaqdadır,o biri ölünün.
Eyni şeyi xanəndə öz dilimizdə oxuyur,molla ərəb dilində.


Adəm gizli yolla cənnətə qayıtmışdı və qorxurdu ki,kimsə onu tanıyıb allaha xəbər verəcək.

Qəribə adamları var bu şəhərin,hammı yanından ötənin əvvəlcə üzünə,sonra isə çevrilib dalına baxır.Kimi axtarır bu insan kütləsi?Doğmalarınımı,Düşmənlərinimi?

Cənnətlə cəhənnəmin arasında avaralanan,allahın da , şeytanın da unutduğu bir adam.

Bizim ölkədə kişilərlə qadınlar ancaq yataqda,yorğan-döşəkdə can-ciyər olurlar,o da qurşaqdanaşağı.

Azərbaycanda on il siyasi boşboğazlığı ilə millətin beynini qurutmuş adam,bir günün içində məşhur “Keçi” şerində deyildiyi kimi “çoban açınca gözün,dönüb olur şoumen,efir tamadası, başlayır 50 milyonluq dünya Azərbaycanlılarının qarşısında göbək atmağa.
Səhər yeməyini kafir,Ateist kimi yeyən,günorta süfrəsinə “bismillah” deyib,hacı libasında əyləşir.
Axşam sağçı kimi yuxuya gedən,yuxudan solçu kimi oyanır,Nə isə,babalı öz boyunlarına.

İki bədbəxt,bir yerdə xoşbəxtdir.

Milli mətbəximizin ən seksual yeməyi küftədir,dovğa bütün yağlı yeməklərlə “gəzdiyi” üçün mətbəximizin fahişəsi göstərildi.

Müqəddəslik,elə yalan-palanı ört-basdır etmək üçündür.

Diriliyində,bəlkə də qara qəpiklik dəyəri olmayan adamlar,öldükdən sonra dirilərə ətək-ətək qazanc gətirirlər.

Konsert zallarında hər sıranın öz qiyməti olduğu kimi,qəbristanlıqlarda da hər sıradakı qəbrin öz qiyməti var.

Varılar dinə və ənənələrə dayanıb diyirlər ki,onları allah varlı yarardıb,heç kim özbaşına varlana bilməz.Kasıblar da inanırdılar ki,onlar allahın iradəsinə görə kasıb yaradılıblar və bunda varlıların heç bir günahı yoxdur.

Dindarlığın təsdiqi üçün hər bir dindara allah qədər şeytan da lazımdır.Çünkü dindarların allahı şeytanla mübarizədə mövcuddur.Şeytanı olmayan allah,düşməni olmayan cəngavər kimi bir şeydir.

Nə qədər acı səslənsə də,biz bir xalq olaraq indi yiyəlik etdiyimiz Nizami Gəncəviyə görə farsın şahına,Məhəmməd Füzuliyə görə ərəbin qəbrinə,Mirzə Fətəli Axundzadəyə görə isə rusun çarına borcluyuq.

Ay yazıqlar,insanın əsl qatili heç vaxt tapılmır,qeyibdən gəlib işini görür,sonra da ərşə çəkilir,tapılanlar isə həqiqi qatillər deyil.

Halal fahişə,halal kolbasa,əzl müsəlman həyatı.

Avropa səhifələri islam peyğəmbərinin karikaturalarını öz səhifələrində çap edib qəzəblənmiş əliyabalı müsəlmanları küçələrə tökəndən dərhal sonra “Yeni Xəbər” qəzetinin suyuşirin baş yazarı öz səhifəsində guya Məhəmməd  peyğəmbərə canıyananlıq edib,öz əli ilə naşıcasına çəkdiyi İsa peyğəmbərin karikaturalarını yayımlamışdı və “Cava atəşi ilə düşmən susduruldu,itki yoxdur” adlı sarsaq bir köşədə yazıb yapışdırmışdı qəzetin alnına.

Bakının bir sirri göz qabağında idi,burda irəliyə doğru başınla deyil,dalınla,arxanla gedə bilərsən.

Rusiyadan böyük qardaşımın oğlu bizə qonaq gəlmişdi.Anası rus olduğu üçün öz diluimizi bilmir.Bir gün məndən soruşdu ki, “Hacı dükanı” nə deməkdir ki,orda araq,şampan satılmır?Dedim,elə bil sizin dildə desək, “Keşiş dükanı”.Mat qaldı,keşişin də dükkanı olar?Bilmədim nə deyim,day demədim ki,rəhmətliyin nəvəsi,bizdə Hacının nəinki dükanı,restoranı,hamamı,naxırı,kolbasası,sosiskası,hətta pivəsi var.
Bu gün,sabah,yəqin,arağı-çaxırı da çıxacaq.

Biz Azərbaycanlıların üzünə taledən qabaq,tarix gülməlidir,tarix!

“Şair,Allah xofu olmasa yerdəki bütün fahişələr göyə uçub mələk olar,göydəki mələklər isə yerə tökülüb fahişəlik edərlər”.

Sən özün şahidsən ki,xalqımız özünə millət vəkilini,bələdiyyə sədrini,ölkə başçısını da qarpız seçdiyi kimi seçir.

“Kişi təslim olursa əllərini qaldırır,qadın təslim olursa ayaqlarını”

Məcnun əfsanədə Leyliyə lazımdır,həyatda yox.
O,əfsanədə,yazıda abırlı,ismətli ev qızıdır.
Leyli həyatda fahişədir,sevgisizdir,acdır,eşqə yox,pula ehtiyacı var.
Həyat,bax bu sirrin üstünü açıb,cavan oğlan!

Bu gün Azərbaycan bədənin əlçatmaz yerindəki sağalmaz yaraya bənzəyir.

Laylay balaca uşağlar üçün düzəldilmiş balaca muğamdır.Muğamat da böyüklər üçün uyduurulmuş laylaydır.

Sevinc hissi insanın zəhmətinin bəhrəsidir,sevincin,gülüşün mənbəyi əməkdir.İnsan gülmək üçün ömrü boyu zəhmət çəkir,tər tökür.Kədəri Allah yaradıb,sevinci insan.

Ölüm insanın qələbəsi,Allahın məğlubiyyətidir!

Onlar başa düşmürlər ki,əgər allah insan kimi qəzəblənə,sevə,bağışlaya bilirsə,demək qorxa da bilər.

Bəzən insanda ölüm qorxusundan da güclü bir hiss oyanır,bu hiss sevgidən oyanırsa insan aşiqə,yəni Məcnuna,nifrətdən oyanırsa qəhrəmana,Babəkə çevrilir.

Bəzən axmaqlıq ağıllıqdan çox kömək edir.

Bir gün gələcək Azərbaycanın itləri canavara,bağları meşəyə çevriləcək,bəs insanları kimə,nəyə çevriləcək,görəsən?

Bizim ölkədə telefon xətlərində seksual inqılab çoxdan baş verib,özü də elə namuslu,ismətli ev qızlarının hesabına.


Tərbiyədə ancaq danlaqdan istifadə uşağı daha da tərbiyəsizləşdirdiyi kimi,əmləinə görə qadının da öz vicadnı tərfindən deyil,daim başqalarının vicdanı tərəfindən mühakiməsi onu daha da əxlaqsızlaşdırır.

Atalarımız o vaxt qurban kəsdikləri qoyunun qanını alnımıza yaxmaqla şüuraltı olaraq gələcəyin növbəti qurbanlarını – bizləri – qanları işarələyirmişlər.

Ağlamaq təkbaşına seks növüdür.


Və ən çətin günündə özündən başqa,Yanında heç kimi olmur insanın.