7 Haziran 2013 Cuma

Aqşin Yenisey`in "Cənnətdə Terror Aksiyası" kitabından seçmələr

Bizim kədərimiz də yerdədir,sevgimiz də
Bzim göydə heç nəyimiz,heç kimimiz yoxdur.

İnsanlar saraylarda bir cür,komalarda başqa cür düşünürlər.

“İnsanlar Allaha inanmaq əvəzinə,ondan qorxurlar”

Zəhmət haqqı ümüdünə yaşansaydı,insan hələ də əlində nizə daş dövründə veyillənirdi.

Azərbaycanda allaha olan sevgi ev-eşik,məişət sevgisi,
Qorxu isə arvad-uşağın dolanışıq qorxaqlığı həddindədir.

“Dünya elə kiçikdi ki
Bir yetimin yaşamağa yeri yoxdur
dünya elə böyükdür ki
Adamları basdırırıq neçə vaxtdır”

Bütün bu işgəncələrə,təhqirlərə baxmayaraq  əliçubuqlu sovet təhhsil sistemi səkkiz illik məktəb həyatında ona Səməd Vurğun`un “Azərbaycan” şerinin bir bəndindən və üç-dörd əyri-üyrü hərfdən,rəqəmdən savayı heç nə öyrədə bilmədi.

Fahişə olan fahişənin hamıya satdığı görünən bədəni deyil,heç kimə satmadığı görünməyən ruhudur.

Xalqın gücü tarixində,insanın gücü yaddaşındadır.

Bizim ölkədə xanəndəliklə mollalıq arasında elə də böyük fərq yoxdur.Biri dirinin arxasınca zırıldamaqdadır,o biri ölünün.
Eyni şeyi xanəndə öz dilimizdə oxuyur,molla ərəb dilində.


Adəm gizli yolla cənnətə qayıtmışdı və qorxurdu ki,kimsə onu tanıyıb allaha xəbər verəcək.

Qəribə adamları var bu şəhərin,hammı yanından ötənin əvvəlcə üzünə,sonra isə çevrilib dalına baxır.Kimi axtarır bu insan kütləsi?Doğmalarınımı,Düşmənlərinimi?

Cənnətlə cəhənnəmin arasında avaralanan,allahın da , şeytanın da unutduğu bir adam.

Bizim ölkədə kişilərlə qadınlar ancaq yataqda,yorğan-döşəkdə can-ciyər olurlar,o da qurşaqdanaşağı.

Azərbaycanda on il siyasi boşboğazlığı ilə millətin beynini qurutmuş adam,bir günün içində məşhur “Keçi” şerində deyildiyi kimi “çoban açınca gözün,dönüb olur şoumen,efir tamadası, başlayır 50 milyonluq dünya Azərbaycanlılarının qarşısında göbək atmağa.
Səhər yeməyini kafir,Ateist kimi yeyən,günorta süfrəsinə “bismillah” deyib,hacı libasında əyləşir.
Axşam sağçı kimi yuxuya gedən,yuxudan solçu kimi oyanır,Nə isə,babalı öz boyunlarına.

İki bədbəxt,bir yerdə xoşbəxtdir.

Milli mətbəximizin ən seksual yeməyi küftədir,dovğa bütün yağlı yeməklərlə “gəzdiyi” üçün mətbəximizin fahişəsi göstərildi.

Müqəddəslik,elə yalan-palanı ört-basdır etmək üçündür.

Diriliyində,bəlkə də qara qəpiklik dəyəri olmayan adamlar,öldükdən sonra dirilərə ətək-ətək qazanc gətirirlər.

Konsert zallarında hər sıranın öz qiyməti olduğu kimi,qəbristanlıqlarda da hər sıradakı qəbrin öz qiyməti var.

Varılar dinə və ənənələrə dayanıb diyirlər ki,onları allah varlı yarardıb,heç kim özbaşına varlana bilməz.Kasıblar da inanırdılar ki,onlar allahın iradəsinə görə kasıb yaradılıblar və bunda varlıların heç bir günahı yoxdur.

Dindarlığın təsdiqi üçün hər bir dindara allah qədər şeytan da lazımdır.Çünkü dindarların allahı şeytanla mübarizədə mövcuddur.Şeytanı olmayan allah,düşməni olmayan cəngavər kimi bir şeydir.

Nə qədər acı səslənsə də,biz bir xalq olaraq indi yiyəlik etdiyimiz Nizami Gəncəviyə görə farsın şahına,Məhəmməd Füzuliyə görə ərəbin qəbrinə,Mirzə Fətəli Axundzadəyə görə isə rusun çarına borcluyuq.

Ay yazıqlar,insanın əsl qatili heç vaxt tapılmır,qeyibdən gəlib işini görür,sonra da ərşə çəkilir,tapılanlar isə həqiqi qatillər deyil.

Halal fahişə,halal kolbasa,əzl müsəlman həyatı.

Avropa səhifələri islam peyğəmbərinin karikaturalarını öz səhifələrində çap edib qəzəblənmiş əliyabalı müsəlmanları küçələrə tökəndən dərhal sonra “Yeni Xəbər” qəzetinin suyuşirin baş yazarı öz səhifəsində guya Məhəmməd  peyğəmbərə canıyananlıq edib,öz əli ilə naşıcasına çəkdiyi İsa peyğəmbərin karikaturalarını yayımlamışdı və “Cava atəşi ilə düşmən susduruldu,itki yoxdur” adlı sarsaq bir köşədə yazıb yapışdırmışdı qəzetin alnına.

Bakının bir sirri göz qabağında idi,burda irəliyə doğru başınla deyil,dalınla,arxanla gedə bilərsən.

Rusiyadan böyük qardaşımın oğlu bizə qonaq gəlmişdi.Anası rus olduğu üçün öz diluimizi bilmir.Bir gün məndən soruşdu ki, “Hacı dükanı” nə deməkdir ki,orda araq,şampan satılmır?Dedim,elə bil sizin dildə desək, “Keşiş dükanı”.Mat qaldı,keşişin də dükkanı olar?Bilmədim nə deyim,day demədim ki,rəhmətliyin nəvəsi,bizdə Hacının nəinki dükanı,restoranı,hamamı,naxırı,kolbasası,sosiskası,hətta pivəsi var.
Bu gün,sabah,yəqin,arağı-çaxırı da çıxacaq.

Biz Azərbaycanlıların üzünə taledən qabaq,tarix gülməlidir,tarix!

“Şair,Allah xofu olmasa yerdəki bütün fahişələr göyə uçub mələk olar,göydəki mələklər isə yerə tökülüb fahişəlik edərlər”.

Sən özün şahidsən ki,xalqımız özünə millət vəkilini,bələdiyyə sədrini,ölkə başçısını da qarpız seçdiyi kimi seçir.

“Kişi təslim olursa əllərini qaldırır,qadın təslim olursa ayaqlarını”

Məcnun əfsanədə Leyliyə lazımdır,həyatda yox.
O,əfsanədə,yazıda abırlı,ismətli ev qızıdır.
Leyli həyatda fahişədir,sevgisizdir,acdır,eşqə yox,pula ehtiyacı var.
Həyat,bax bu sirrin üstünü açıb,cavan oğlan!

Bu gün Azərbaycan bədənin əlçatmaz yerindəki sağalmaz yaraya bənzəyir.

Laylay balaca uşağlar üçün düzəldilmiş balaca muğamdır.Muğamat da böyüklər üçün uyduurulmuş laylaydır.

Sevinc hissi insanın zəhmətinin bəhrəsidir,sevincin,gülüşün mənbəyi əməkdir.İnsan gülmək üçün ömrü boyu zəhmət çəkir,tər tökür.Kədəri Allah yaradıb,sevinci insan.

Ölüm insanın qələbəsi,Allahın məğlubiyyətidir!

Onlar başa düşmürlər ki,əgər allah insan kimi qəzəblənə,sevə,bağışlaya bilirsə,demək qorxa da bilər.

Bəzən insanda ölüm qorxusundan da güclü bir hiss oyanır,bu hiss sevgidən oyanırsa insan aşiqə,yəni Məcnuna,nifrətdən oyanırsa qəhrəmana,Babəkə çevrilir.

Bəzən axmaqlıq ağıllıqdan çox kömək edir.

Bir gün gələcək Azərbaycanın itləri canavara,bağları meşəyə çevriləcək,bəs insanları kimə,nəyə çevriləcək,görəsən?

Bizim ölkədə telefon xətlərində seksual inqılab çoxdan baş verib,özü də elə namuslu,ismətli ev qızlarının hesabına.


Tərbiyədə ancaq danlaqdan istifadə uşağı daha da tərbiyəsizləşdirdiyi kimi,əmləinə görə qadının da öz vicadnı tərfindən deyil,daim başqalarının vicdanı tərəfindən mühakiməsi onu daha da əxlaqsızlaşdırır.

Atalarımız o vaxt qurban kəsdikləri qoyunun qanını alnımıza yaxmaqla şüuraltı olaraq gələcəyin növbəti qurbanlarını – bizləri – qanları işarələyirmişlər.

Ağlamaq təkbaşına seks növüdür.


Və ən çətin günündə özündən başqa,Yanında heç kimi olmur insanın.

Hiç yorum yok:

Yorum Gönder