25 Nisan 2013 Perşembe

Kitablardan İlham Alan Mahnılar

 Metallica-One ( Dalton Trumbo'nun "Johnny Silahnı Aldı" adlı kitabından ilham alıb )

Radiohead- 2+2=5 (Geprge Oruell'in "1984" adlı kitabından ilham alıb)

PJ Harvey-The River (Flannery O'Connor'ın "The River" adlı kitabından ilham alıb)

Jefferson Airplane-Re Joyce (James Joyce'un "Ulysses" adlı kitabından ilham alıb)

Nirvana-Scentless Apprentice (Patrick Süskind'in "Ətriyyatcı" adlı kitabından ilham alıb)

The Cure-Killing an Arab (Albert Camus'un "Yad" adlı romanından ilham alıb)

Rolling-Sympathy for the Evil (Bulgakov'un "Usta ilə Marqarita" adlı kitabından ilham alıb)




Hazırladı :



9 Məşhur Yazarın Məzardaşı Yazıları.


Virginia Wolf.
Ey ölüm, Özümü sənə tərəf buraxacam,
Məğlub edilməz və başı dik
(Dalğalar adlı kitabından)


Sylvia Plath.
Od alovun içində belə,
Nilufər yetişdirmək mümkündü.


John Keats
İsmi suya yazılmış biri yatır burda.


F.Scott Fitzgerald və Zelda Soyred Fitzgerald.
Hal hazırda axıntıya qarşı üzən gəmilərdə biz səfərdəyik.

Robert Frost.
Dünya ilə sevgi müharibəsinə  tutuldum.


Dorthy Parker.
Toz üzündən üzür istirəm
(Parkerin bədəni öldükdən sonar yandırıldı,onun seçdiyi yazı isə məzardaşına yazıldı)


Oscar Wilde.
Sonunda öldü lakin heç bir şey dəyişmədi.
Bütün lənətli,qeyri adi insanlar Onun əbədi yasını saxlayacaq.


Willam Shakespare.
Bu məzarı qoruyanı Tanrı qorusun,
Sümüklərimi yerindən oynadanı isə lənətləsin.


HG.Wells.
Lənətə gəlsin,bunu sizə demişdim!

Wirigina Woolf’un yoldaşı Leonard Woolf’a yazdıqı məktub.

Mart,1942.

Canım,
Yenidən dəli olduqumu hiss edə bilirəm.
Bu pis zamanlardan keçə bilməyəcəyimi də.
Bu dəfə sağalmayacam.
Səslər eşitməyə başlamışam və fikrimi işimə verə bilmirəm.
Bu səbəblə edə biləcəyim ən doğru şeyi edirəm.
Sən mənə yaşada biləcəyin ən böyük xoşbəxtlikləri yaşatdın.
Bu xəstəliyi tutana kimi iki insanın bərabər dada biləcəkləri ən böyük xoşbəxtlikləri daddıq.
Artıq savaşacaq gücüm qalmayıb.
Bilirəm,həyatını məhv edirəm lakin mənsiz də həyat dəvam edəcək.
Həyata dəvam edəcəksən bilirəm.
Görürsən mi bir məktubu belə düzgün yaza bilmirəm.
Demək istədiyim şey,həyatımdakı bütün xoşbəxtlikləri sənə borcluyam.
Mənə qarşı hər zaman dəstəkci və yaxşı biri oldun.Bunu hərkəs bilir.
Əyər həyatımı xilas edəbiləcək bir insane olsaydı,bu mütləq sən olardın.
Mən hər şeyimi itirdim lakin sənin yaxşılıqların daim mənimlə qalacaq.
Həyatını daha çox cəhənnəmə çevirmək istəmirəm.
Həyatda heç kimin bizim qədər xoşbəxt ola biləcəyini düşünmürəm.

V.

Hazirlad :
https://www.facebook.com/elnovruzlu?ref=tn_tnmn

23 Nisan 2013 Salı

Steinbeck’tən Yazarlara 6 Ədəbiyyat Sirri….



John Steinbeck,Ədəbiyyat  jurnali “The Paris Reviw”ə 1975ci ildə verdiyi müsahibədə yazarlara 6 vacib məsləhət vermişdi.
O məsləhətləri sizin üçün cəmləşdirdim.


1.Kitabi yazib bitirməyəcəyiniz  fikrini beyninizdən atin.Bir dəfəyə 400səhifə yazmaqi yoxlamayin,gündə 1səhifə yazin.İşinizi bitirdiyiniz zaman təəcüblənəcəksiz.

2.Sərbəst və mümkün olduqca sürətli yazin.Yazacaqlarinizi bitirənədək heç bir zaman yazdiqlarinizi düzəltməyin və ya dəyişdirməyin.
Yazini bitirmədən düzəltməyə başlamaq,yazmaqi yarim buraxmaq üçün bir bəhanə olur.

3.Oxuyucularinizin varliğini unudun.

4.Əyər yazinin hansisa bir hissəsi bütün enerjinizi alirsa,o hissəni  keçin və yazmaqa dəvam edin,yazini tam bitirdikdən sonra sizi yoran hissəni təkrar oxuyun.O hissənin sizi yormasinin səbəbini,onu yerləşdirdiyiniz yerə uyğun olmadiqini görəcəksiz.

5.Yazdiqlariniz içində ən çox diqqət etməniz vacib olan fəsil,ən çox bəyəndiyiniz fəsildir.

6.Əyər dialoq yazirsizsa,eyni  vaxtda yazdiqlarinizi yüksək səslə oxumaqi ehmal etməyin.Dialoqlar yalniz bu zaman danişmanin dilinə sahib olacaqdir.


Hazirladi :
https://www.facebook.com/elnovruzlu?ref=tn_tnmn

22 Nisan 2013 Pazartesi

21 Nisan 2013 Pazar

Steinbeck’dən oğluna məktub.

Steinbeck’dən oğluna məktub.

“Sevgi insanin başina gələ biləcək ən gözəl şeydi”
Siçanlar və insanlar in Nobel Mükafatli yazari John Steinbeck(1902-1968) həm də yaxşi bir məktub yazariydi. Aşağida 1958ci ildə,özəl məktəbdə oxuyarkən,Susan isimli bir qiza aşiq olduqunu söyləyən böyük oğlu Thomun məktubuna verdiyi cavab var

10sentyabbr 1958.

Sevgili Thom, Bu səhər məktubunu aldiq.Məktubunu mən öz baxişimla,Elenie(yoldaşi) də öz baxişiyla cavablandiracaq.
Əvvəlcə bunu demək istirəm ki,əyər sevirsənsə bu yaxşi bir şeydi,hətta bir insanin başina gələ biləcək ən gözəl şeydi.Heç bir zaman bunu küçümsəmələrinə icazə vermə.
İkinci,sevginin bir çox növü var.Bunlar vecsiz,qisqanc,ac gözlü,eqoist və sevgini özü üçün istifadə edənlərdir.Bu sevginin çirkin və axsaq tərəfidi.
Diyəri isə sənin içində yaxşi olan nə varsa çölə vurmana yardimci olar.Yaxşiliq,güvən və hörmət.
Birinci səni xəstə,kiçik və zəif edər.İkinci isə səni gücləndirər,sahib olduqunu bilmədiyin cəsarəti və xeyirxaxliqi ortaya çixarar.
Bunun ötəri sevgi olmadiqini söyləyirsən.Əyər bu qədər dərin duyğular hiss edirsənsə əlbəttə ötəri deyildir. Lakin məndən sənə nələr hiss etdiyini söyləməmi istəmədiyini düşünürəm.Hiss etdiklərini sən hərkəsdən daha yaxşi bilirsən.sənə bu mövzu ilə əlaqədar yardimci olmami istirsənsə;bunu edərəm.
Əvvəlcə hiss etdiklərinin dadini çixart.Həzz al.
Sevginin məqsədi ən yaxşi və ən gözəl məqsəddir.Ona çatmaqa çaliş.
Əyər birini sevirsənsə,o insana bunu söyləməkdə təhlükə yoxdur; yalnizca bəzi insanlarin bir az çəkingən ola biləcəyini unudmamalisan.
Qizlar sənin nələr hiss etdiklərini bilmək kmi bir özəlliyə sahibdirlər.Lakin yenə də hiss etdiklərini dinləmək istərlər.
Bəzən hisslərinə bəzi səbəblərdən ötrü qarşiliq ala bilmirsən amma bu hiss etdiklərinin dəyərini ya da gözəlliyini azaltmaz.
Və ən son sənin nəər hiss etdiklərini bilirəm,çünkü mən də eyni şeyləri hisse edirəm; sənin də belə hiss etdiyin üçün sevinirəm.
Susanla taniş olmaqi çox istəyirik.Görüşün planlarini Elenie hazirlayacaq.O da sevgini bilir,bəlkə sənə məndən daha çox yardimci ola bilər.
Və heç bir zaman itirməkdən qorxma.Əyər doğrudursa dəvam edəcəkdir.Yetər ki tələsmə.
Sevgilərlə,
Atan