8 Kasım 2013 Cuma

Yaxşı bir hekayə yazmaq üçün Kurt Vonnegut`dan 8 məsləhət

1.Sizi oxuyan birisi vaxtının ziyan olduğunu hissetməməlidir.
2.Oxuyucuya dəstəkləyəbiləcəyi baxımından ən az bir xarakter verin.
3.Xarakterlərdən hər birinin,bir fincan su belə olsa,istək duyduğu bir şey olmalıdır.
4.Hekayənin əvvəli,mümkün olduqca sonuna yaxın olmalıdır.
5.Sadist olun.Xarakteriniz nə qədər sevimli və nə qədər məsum olursa olsun,başına qorxunc şeylər gətirin ki,oxuyucu,onların necə bir insan olduğunu görəbilsin.
6.Yalnız,tək bir kişiyi xoşbəxt etmək üçün yazın.
7.Oxuyucuya mümkün olduğunca çox və mümkün olduğca tez bilgi verin.
8.Oxuyucu,nəyin,harda və necə olduğunu bütöv bir şəkildə dərketməli; o qədər ki,hamam böcəkləri,son səhifəni yeyib bitirsə belə,oxuyucu,hekayəni beynində tamamlayabilməlidir.

16 Ekim 2013 Çarşamba

Tanrıya Məktublar

Avropa və Amerika`da 2-9 yaş arası uşaqların Tanrı ilə bağlı fikirlərini soruşublar.
O uşaqların "Tanrıya Məktubları"...

Əziz Tanrı,
Tamam,incil`də diyər yanağını uzat dedin,bilirəm; amma qardaşım gözümə vurarkən nə edəcəm?
Teresa-5yaşında

Əziz Tanrı,
Gərçəkdən varsan mı? Bəziləri buna inanmır; Əyər varsansa,gecikmədən bir şey etməlisən.
Harriet Ann -6 yaşında

Əziz Tanrı,
O qədər istedadlıysansa əyər,göstər özünü,oxu mənim şifrəmi;
VDDL RBT CLJKS NT PSD KLHSM ATFC
Əyər anlaya bildinsə,sabah yağmur yağdır da anladığını bilək.
-Jabe

Əziz Tanrı,
Məndə səndən başqa bütün liderlərin rəsmi var.
Norman-6yaşında

Əziz Tanrı,
İncil`də nədən heç yoldaşından söhbət keçmir? Yoxsa,incili yazarkən daha evlənməmişdiniz mi?
Larry-6yaşında

Əziz Tanrı,
Oğlanlar qızlardan daha mı üstündü? Bilirəm,sən də onlardan birisən lakin dürüst olmaqa çalış.
Sylvia-5yaşında

Əziz Tanrı,
Kitabını oxudum və çox bəyəndim.Bütün o fikirlər necə gəldi ağlına?
Terry-8yaşında

Əziz Tanrı,
Müəllim,əvvəlcə günlərin qısaldıqını,sonra isə uzandıqını söyləyir.Artıq bir qərar verməlisən.
Mindy

Əziz Tanrı,
Yazdıqlarının hammısını oxuduq və başdan başlayırıq.Yenisini yaza bilməzsən mi?
Terry-5yaşında

Əziz Tanrı,
Əksiklərimi yazıram; velosiped,kimya seti,köpək,video oynatıcı və beyzbol əlcəkləri.Yarısını göndərsən belə olar.
Səni Sevən Eric-5yaşında
Not: Şaxta Baba`nın olmadıqını bilirəm.

Əziz Tanrı,
İnsanların ölmələrinə izin verib,yenilərini yaratmaq yerinə,niyə əlindəkiləri yaşatmırsan?
Jane-6yaşında

Əziz Tanrı,
Buludlardan birisi,üzünü elə sərt elədi ki,çox qorxdum.Lütfən,ona bir də elə etməməsini söylə.
Ellen-3yaşında

Əziz Tanrı,
Əyər heç kim bilməyəcəksə,yaxşı olmanın nə mənası var?
Mark-8yaşında

Əziz Tanrı,
Yuxarıdakı qonşularımız qışqıraraq hər gün dava edirlər.Məncə yalnız,çox yaxşı dostların evlənməsinə izin verməlisən.
Nan-5yaşında

Əziz Tanrı,
Hansı səbəbə dayanaraq bu qədər çox insan yaratdın?Yeni bir dünya yaradıb,artıqları ora yerləşdirəbilməzsən mi?
J.B-7yaşında

Əziz Tanrı,
İnsanlara hər zaman bərabər mi paylayırsan ruhları?Məncə yanıla bilərsən.
Audrey-8yaşında.

Əziz Tanrı,
Sən nə edərsən et,insanlar heyran qalır.Amma mən bir zarafat etdiyimdə danlanıram.
Jodie-7yaşında

Əziz Tanrı,
Bizə görə narahat olma çünkü bizimkilər çox dindardı.
Teddy-9yaşında

Tanrı,
Şişman olarkən,heç kim sənin dostun olmaq istəmir.
Billy Jean-9yaşında

Əziz Tanrı,
Zürafələrin görünüşünü istəyərək mi belə etdin,yoxsa bilməyərəkdən mi oldu?
Norman-4yaşında

Əziz Tanrı,
Tanrı olduğunu necə bildin?
Charlene-3yaşında

Əziz Tanrı,
Sənin yaşına gəldiyim zaman,eyni ilə sənin kimi olmaq istəyirəm.Razılaşdıq mı?
Tommy-4yaşında

Əziz Tanrı,
Əyər Tanrı mən olsaydım,bu qədər yaxşı olmazdım.Bunu ağlından çıxarma.
Michelle-6yaşında

Əziz Tanrı,
Kilisəyə sözüm yoxdur amma şübhəsiz,daha yaxşı mahnılardan istifadə edə bilərsən.Ümüd edirəm ki,yazdıqlarımdan inciməzsən.
Bir neçə yeni mahnı yazabilməzsən mi?
-Dostun Barry

Əziz Tanrı,
Hər gün əzib-durduğumuz bu qarışqaların,ümüd edirəm ki,səndə bir dəyəri yoxdur.
-Dennis

Əziz Tanrı,
Bu plastik çiçəklər filan,sinirlənmirsən mi?Əyər gərçəklərini edən mən olsaydım,sinirdən dəli olardım.
-Lucy

Əziz Tanrı,
Qucaqlaşmaqı səni mi tapdın?Çox gözəl bir şeydi.
-Brenda

Əziz Tanrı,
Niyə heç televizora çıxmırsan?
-Kim

Əziz Tanrı,
Keçən həftə New York’a getdiyimizdə Saint Patrick kilisəsini gördüm. Çox gözəl bir evdə yaşayırsan.
-Frank


https://www.facebook.com/pages/Oyanan-%C3%96l%C9%99c%C9%99k/584463258243194

13 Ekim 2013 Pazar

Yazı və Həyat üzərinə Jack Kerouac’dan məsləhətlər.


Deyilənə görə bu siyahi,Allen Ginsberg’in,ölümsüz şeiri olan “Howl”ı yazmazdan bir il əvvəl,Nort Beach-də qaldığı otelin divarında yazılıbmış.Ginsberg,adını Keroucdan aldiği  “Howl və diğər şeirlərin ithafinda Kerouacin təsiri etiraf etmişdir.

Charles Eamesin dediyi kimi: “Hərkəs özündən öncə gəlib,özünə təsir edən insanlari etiraf edəcək qədər səmimi olmalıdır”

1.Səhər yuxudan oyandıqda hər günü mühüm bir günmüş kimi düşünün.

2.Hər şeyə hazır ol və hər şeyi dinlə.

3.Həyatınla barışıq ol.

4.Evindən kənarda sərxoş olma.

5.Qaralama dəftərini və buna bənzər yazılarını yazdıqın dəftərlər sevinc səbəbin olsun.

6.Beyninin dərinliklərindəki sonsuzluq nə istəyirsə onu yaz.

7.Nə qədər bacarsan,o qədər dərin yaz.

8.Dəyər verərək və təəcüblənərək yaz.

9.Yazarkən diqqətli ol və dil dənizində üz.

10.Təcrübənin,dilin,bilginin böyüklüyündən utanma və qorxusuz ol.

11.Ümüdsüz,zalım və tənha xarakterləri övün.

12.Marağın mərkəzi,gözün içindəki gözdür.

13.Qəbul etmək,daima məğlub olmaqdır.

14.Dayandıqın zaman sözləri fikirləşmə,lakin rəsmi daha yaxşı canlandırmaqa çalış.

15.Yazarkən bütün dünya oxusun deyə yaz.

27 Temmuz 2013 Cumartesi

Henry Miller’in yazarkən əməl etdiyi 10 qayda.


1.Bir işi sonlandırmadan,digərinə başlama.
2.Başqa yeni bir kitaba başlama,köhnə yazılarına yeni bir şeylər əlavə etmə.
3.Sinirlərinə hakim olmaqa çalış.Etdiyin iş nə olursa olsun,sakit,gülərüz ol və ən əsası sözünü deməkdən çəkinmə.
4.Ruh halına görə deyil,plana əsasən işlə.Tam vaxtinda yuxudan qalx!
5.Bəlkə də yeni bir şeylər icad edə bilmirsən,lakin çalışmağa dəvam etməlisən.
6.İnsan olduğunu unutma! İstədiyin yerlərə get və isətdiyin qədər iç.
7.Hazırladığın plana əməl  etmək istəmirsənsə etmə,yarım buraxdığın işləri tamamla.
8.Yarış atı olma,həzz alaraq işlə.
9.Yazmaq istədiyin kitabları unutma,lakin yazdıqın kitabı fikirləş.

10.Yazmaqa üstünlük ver.Rəsm,musiqi,dostlar,film,bunların hamısı ikinci plan şeylərdi.

18 Temmuz 2013 Perşembe

Hemingway’dən yazarlara 8 məsləhət


1.Qısa cümlələrlə yaz.Hər zaman qısa cümlələrlə başla.Enerjili bir dilin olsun.Pozitif ol,negatif olma.

2.İşlətdiyin dil,yaşadığın dövrə aid olmalıdır,yoxsa yazdıqların bir işə yaramaz.

3.Əla,böyük,möhtəşəm və.s kimi sözlərdən uzaq dur.

4.Həqiqətən  qabiliyyətli olan  və  söyləmək istədiyi  şeylər haqqinda  səmimiyyətlə  hiss  etdiklərini  yazan  heç kimsə  bu qaydalara  əməl edib,pis bir şey əldə etməz.

5.Bütün gün çalış,o qədər çalış ki,əlavə etməyi gözə alacağın tək şey,günlük qazetləri oxumaq olsun.Sonra bir şeylər  ye,tennis oyna,ya da bir şey etmə və növbəti gün yazmağa yenidən başla.

6.Yazarlar tək yazmaq məcburiyyətindədirlər.Yalnızca sonda,əsərləri bitincə özlərini göstərməlidirlər.Yalnızca o zaman,başqa vaxt deyil.

7.Bəzən yazmaq mənə çətin gəldiyində,ehtiyacım olan cəsaarəti tapmaq üçün öz kitablarımı oxuyuram və o zaman onları yazmanın da mənə hər zaman çətin,hətta imkansız göründüyünü xatırlayıram.


8.Bir yazar həqiqətən dəyərli bir yazardirsa,hansısa cümləni,başqa bir yazardan oğurlamaz.Onu kəşf edər

4 Temmuz 2013 Perşembe

Detektif romanının 20 qızıl qaydası


S. Ş Van Dinə (Willard Huntington Wright):

"Dedektif romanı intellektual bir oyundur. Əlavə olaraq, bir idman müsabiqəsinin; və bir dedektif romanı yazmağın çox qatı qaydaları vardır. Yazılı olmasa da bu qaydalar məcburidir; özünə hörməti olan hər dedektif romanı yazıçısı bu qaydalara riayət edər. Bu siyahı, bir ölçüdə məşhur dedektif romanı yazarlarının təcrübələrinə, bir tərəfdən də fərdi fikirlərimə əsaslanır. "

1. Oxucu, sirri həll etməkdə dedektif ilə bərabər şərtlərə sahib olmalıdır. Hər ipucu açıqca ifadə  olunmalı və açıqlanmalıdır.

2. Günahkarın, dedektifi yanıltmağa istiqamətlənmiş səyləri xaric, yazar oxucunu yanıltmağa çalışmamalıdır.

3. Romanın mövzusu eşq olmamalıdır. Problem, aşiq bir cütlükləri nikah məmuru qarşısına çıxarmaq deyil; günahkarı hakim qarşısına çıxarmaqdır.

4. Dedektifin özü, və ya rəsmi istintaq işçilərindən hər hansı biri, günahkar çıxmamalıdır. Bu açıqca hiyləgərlikdir; Bu bir qızıl lirənin əvəzinə parlaq bir qəpik təklif etməyə bənzəyir.

5. Günahkar məntiqi üsullarla təsbit edilməlidir, səhvən, hadisə nəticəsində və ya özbaşına etiraf nəticəsində ortaya çıxmamalıdır. Bu, oxucunu içindən çıxılmaz bir labirintə sürüyüb, müvəffəqiyyətsiz olunca da axtardığı şeyi köynəyinizin cibindən çıxartmağa bənzər; bunu edən yazar bir təlxəkdən fərqlənməz.

6. Bir dedektif romanında bir dedektif tapılmalıdır; və bir dedektif dedektiflik etmədiyi müddətcə dedektif sayılmaz. Vəzifəsi ipuclarını toplamaq və ilk hissədəki nanəni yeyən günahkara çatmaqdır; və əgər bu məqsədini ipuclarının analizi ilə gerçəkləşdirməmişsə, arifmetik sualının cavabını kitabın arxasından köçürən şagirddən fərqi qalmaz.

7. Dedektif romanında bir cəsədin olması şərtdir; və cəsəd nə qədər ölüdürsə o qədər yaxşıdır. Cinayətdən daha yüngül bir günah yetərsiz qalar. 300 səhifə, cinayətdən başqa bir cinayət üçün lap çoxdur. Oxucunun səbri və xərclədiyi enerji qiymətləndirilməlidir.

8. Cinayətin həlli tamamilə obyektiv üsullara söykənən olmalıdır. Ouija taxtaları, düşüncə oxuma, ruh çağırma seansları, şüşə kürələr və s. irreal üsullar tabudur. Oxucu, həqiqi üsullar istifadə edən bir dedektif ilə rəqabətə girə bilər, amma ruhlar aləminə dalmaq və ya metafizikanın dördüncü ölçüsünü tapmaq kimi bir səyə girişəcəksə başdan itirmiş olacaq.

9. Bir-və yalnız bir-dedektif olmalıdır. Baş-başa verən iki, üç (və ya bir çox) dedektif olması, həm məntiq icra nizamını pozar, həm də oxucu qarşısında haqsız bir rəqabət üstünlüyü təmin etmiş olar. Bu vəziyyət oxucunu, bir bayraq yarışı qrupu ilə yarışdırmağa bənzər.

10. Günahkar, əhvalatın bir hissəsində yer almış bir adam çıxmalıdır, yəni oxucunun daha əvvəl tanışı, marağına məzhər ola biləcək bir adam olmalıdır.

11. Qatil xidmətçi olmamalıdır! Bu çox sadə olar. Normalda özündən cinayət işləməsi gözlənilməyəcək biri çıxmalıdır ki, oxucunun zəhmətinə dəysin.

12. Bir-və yalnız bir-qatil olmalıdır, neçə cinayət işlənmiş olursa olsun. Günahkara kiçik köməyi dəyənlərin olması təbiidir, amma nəhayət bütün günah tək bir adamın çiyinlərində olmalıdır. Oxucunun hirsi yalnız bir adama yönlənməlidir.

13. Gizli təşkilatların, mafiya və s. cinayət təşkilatlarının, dedektif romanında yeri ola bilməz. Bu cür topdan cinayət mərkəzləri, tək bir cinayətin ovsunlayıcı gözəlliyini acıqlandıracaq da. Qatilə idmançı bir müdafiə şansı verilməsi lazımdır; ancaq arxasına bütün bir təşkilatı alması qəbul edilə bilməz. Heç bir üst-sinif, özünə hörməti olan qatil bu cür bir avansı qəbul etməyəcək.

14. Cinayətin olma şəkli, və sorğulanma üsulu, şüurlu və elmi olmalıdır. Xəyal məhsulu, spekulyativ qurğuları polis romanında göz yumula bilməz. Yazar bir dəfə Jules Verne bənzəri bir fantaziya aləminə getsəniz, dedektif fantaziyası xaricinə çıxmış, sərhədləri olmayan macəra fantaziyasına girmiş sayılır.

15. Sirrin həlli heç olmasa ağıllı bir oxucu üçün hər zaman açıq olmalıdır. Bununla bunu nəzərdə tuturam: Oxucu, həlli oxuduğunda, romana başdan bir göz atdığı təqdirdə, həllin əslində orada yatmaqda olduğu, bütün ipuclarının gerçək günahkara işarə etdiyi mövzusunda razı olmalıdır; detektiv qədər hiyləgərdirsə son hissəni oxumadan günahkarı təxmin etməlidir.

16. Dedektif romanı uzun-uzadı təsvirlər, yan-mövzulara fokuslanan ədəbi qisimlər, diqqətlə işlənmiş şəxsiyyət analizləri, həmçinin hər hansı bir "atmosfer" qayğısı olmamalıdır. Bu cür sözlərin cinayət və detektiflik fantaziyasına bir təsiri yoxdur. Fantastikanı, əsl mövzu ilə maraqsız tərəflərə çəkəcək şəkildə bölərlər. Asli mövzu bir sirrin ortaya qoyulması, araşdırılması və müvəffəqiyyətli bir şəkildə həll edilməkdədir ibarət olmalıdır. Digər tərəfdən, əlbəttə, əhvalata realizm qazandırmaq üçün kafi dərəcədə şərh, xarakter təsviri edilməsi lazım olacaq.

17. Bir dedektif romanında qatil, professional bir günahkar çıxmamalıdır. Oğru və quldurların işlədikləri cinayətlər, polis təşkilatının sahəsinə girər; ağıllı amatör detektiflerimizin deyil. Ən cazibədar qatil bir kilsə rahibi, və ya xeyriyyəçi bir BAKİRƏDİR!

18. Dedektif romanında cinayət sanılan hərəkətin intihar və ya qəza olduğunun başa düşülməsi qəbul edilə bilməz bir vəziyyətdir. Bu qədər zəhmətin nəticəsində belə bir nəticənin çıxması, oxucunun etibarını zədələyər və ürəyini qırar.

19. Dedektif romanlarındaki bütün cinayətlərin səbəbi fərdi olmalıdır. Beynəlxalq cinayət və döyüş üsulları başqa bir növün maraq sahəsinə girər.  Məsələn, gizli kəşfiyyat təşkilatı hərəkətləri. Bir cinayət əhvalatı isə oxucunun gündəlik təcrübələrinə yaxınlıq daşımalı, basdırılmış hisslərinə xitab etməlidir.

20. Nəhayət, siyahımızı bir cüt ədəd ilə bitirə bilmək üçün, özünə hörməti olan heç bir dedektif romanı yazarının artıq faydalanmaq istəməyəcəyi bir neçə metodu burada sıralayıram. O qədər çox istifadə olundular ki, növün oxucuları üçün bir tanışlıq qazandılar. Bunları istifadə yazarın qeyri-kafi və orijinallıqdan məhrum olduğunun etirafı kimidir. (A) günahkarı cinayət yerində buraxılmış bir siqaret izmaritinin cinsi köməyiylə təsbit etmək. (B) günahkarı etirafa məcbur edəcək, uydurma bir ruh çağırma seansı təşkil etmək. (C) Saxta barmaq izləri. (D) Axmaq olan şahid. (E) Hürməyərək, qatilin tanış olduğunu ələ verən it. (F) Günahkarın, günahkar kimi görünən ancaq günahsız olan birinin əkizi və ya ona çox bənzəyən biri çıxması. (G) Yuxu dərmanı istifadəsi (h) Bağlı olan otaqdakı cinayətin, polis içəri girdikdən sonra işlənmiş olması (i) Kəlimə çağırışım testləri ilə günahkarın təsbiti. (J) Dedektif tərəfindən həll edilən şifrəli bir mətn.


Bu yazı ilk dəfə Sentyabr 1928-ci il tarixində Amerika Magazine-də nümayiş olunmuşdur.