2 Mayıs 2013 Perşembe

Pulitzer mükafatlı 10 rəsm və hekayələri


Amerikada irq ayrımının ortadan qaldırılması 1965də gərçəkləşsə də lakin 70ci illərin sonuna kimi insanlar sakitləşmirdi.Bu şəkildə qara dərili bir vəkil və insan hüquqları müdafiəçisinin,irqçi bir Amerikali gənc tərəfindən “bayraqla” hücuma məruz qaldığını görürük.
Fotograf: Stanley Forman, 5 Aprel 1976

Dünyada yaxşi tannan rəsmlərdən birisi.Əslində fotograf Eddie Adams bu epizodu çəkdiyindən ötrü biraz da peşmançıllıq keçirdiyini deyir çünkü rəsmin arxasindakı hekayə düşündüyünüzdən bir az fərqlidir. Silahı tutan  kişi Nguyn Ngc Loan, Cənubi Vietnam Ordusu Generalı və beynəlxalq Polis rəisidi. Hədəfindəki insan isə Viet Cong ordusunda vəzifədə olan və Saygon ərazisindəki bir çox cinayətdən təqsirli bilinən Nguyn Văn Lém`dir. Arxasındakı hekayə nə olursa olsun,bu şok rəsm, müharibəyə baxışımızı tamamən dəyişdirdi.
Fotograf: Eddie Adams, 1968

Cənubi Vietnam’da çəkilən bu rəsm, Long Tan müharibəsinin ardindan, Avustralyalı əsgərlərin maşının arxasına bağladıqları Viet Cong əsgərini göstərir.
Savaşın vəhşətini və bütün çılpaqlığını göz önünə gətirən bu rəsm qərb dünyasının muharibəyə və əxlaqa baxışını tamamən dəyişdirdi.
Fotograf: Kyoichi Sawada, 19 İyun 1966

Bu rəsm irqçiliyin idmana hansı dərəcədə təsir etdiyinin ilk sübutlarından biridir. Drake Bulldogs adlı oyunçu bilərəkdən Afro Amerikan idmançısı Johnny Brighta yumruq atır. Bu hərəkət heç bir cəza almasa da daha sonra alınacaq tədbirlərin qarşısını aldı.
Fotograf: Don Ultang və John Robinson, 20 Avqust 1951

Fotograf Anthony Roberts, Hollywood’da bir dayanacaqdan keçərkən bir qadının qışqırıqlarını eşidir.Anthony Roberts hadisə yerinə çatdıqı zaman dəhşət verici bir mənzərə ilə rastlaşır. Zərərsiz hala gətirdiyi bir qadını vəhşicə döyən bir adam ətrafındakı insanların maneyələrinə qulaq asmır. Boğazdan qışqıran qadının səsi,polisin adamın başına güllə atması ilə sona çatır. Rəsm polis işçisinin güllə atmazdan bir neçə saniyə əvvəl çəkilib.
Fotograf: Anthony Roberts, 1973

Bu rəsm İsrail’in Qərb Şeria ərazisində Amona şəhərində çəkildi. İsrail hökuməti əraziyə icazəsiz yerləşən xalqı çıxartmaq üçün silahlı qüvvələrini Amona’ya göndərir. Tənha bir Yahudi qadın isə tək olaraq bütün polislərə qarşı çixmaqa çalışır
Fotograf: Oded Balilty, 1 Fevral 2006

Rəsimdə acı içində qışqıran insan,İnsan Hüquqları Müdafiəçisi James Meredithdi. Bir tüfəngdən atılan rezin güllələrlə vurulduqdan sonra kömək səslərinə cavab verən olmadi lakin ən son bir tibb maşını ilə xəstəxanaya aparıldı. Bədənindən 63rezin güllə çıxarılan  James Meredith ölmədi, axsaq da qalmadı. Lakin kürəyindəki böyük izi ömrünün sonuna kimi daşıdı.
Fotograf: Jack Thornell, 6 Mart 1966

1941 ci ildə , Detroit Ford Avtomobil Fabrikası işçiləri aksiya elan etdi. İstəkləri daha yaxşı çalışmaq şəraiti və  daha yüksək gəlir idi. Rəsmdə aksiya iştirakçılarına maneyə olmağa çalışan bir kişinin,aksiyaçılar tərəfindən döyüldüyünü görürük.
Fotrafog: Milton Brooks, 1941

ABŞ Prezidenti John F. Kennedy özündən əvvəlki prezident Dwight D. Eisenhower ilə Camp David’də uzun və ciddi bir yürüyüş edirlər. Mövzu Donuzlar Körfəzi.
Fotograf: Paul Vathis, 1962

Rəsmdə gördüyünüz insanlar,elektrik işçiləri Randall Champion və J. D. Thompson`dur. İki dost elektrik baxışı keçirərkən Randall Champion səhvən elektrik telinə toxunur və bədənindən  4000 volt axım keçirr. Güvənlik kəməri sahəsində dirəkdə bağlı qalan Champion’a dostu ürək masajı edə bilməsə də həyat öpüşü verir. Nəbzi atmağa başlayan və cəld bir şəkildə dirəkdən açılan Champion xəstəxanada gördüyü əməliyyat sonrası sağlam bir şəkildə həyata qayıdır
Fotograf: Rocco Morabito, 1967


Hiç yorum yok:

Yorum Gönder