Dostum,mən sənə göründüyüm kimi deyiləm.Görüntüm- geydiyim paltardan başqa bir şey deyil.Bu paltar səbrlə toxunub və məni sənin sorğularından,səni isə mənim laqeydliyimdən qoruyur.
Dostum,içimdəki "mən" süküt evində yaşayır və orada da qalacaqdır,dərkolunmaz və əlçatmaz olaraq.
Mən istəmirəm ki,sən mənim sözlərimə bağlanıb əməllərimə inanasan; zira,mənim sözlərim sənin səslə ifadə olunan fikirlərindən,əməllərim isə sənin həyata keçən ümüdlərindən başqa bir şey deyildir.
Sən deyəndə ki, "Külək Cənuba tərəf əsir" , mən də deyirəm: "Hə,külək Cənuba əsir" ; zira istəmirəm biləsən ki,fikrim küləyin yox,dənizin yanındadır.
Sən mənim dənizdə üzən fikirlərimi anlaya bilməzsən.Və mən heç istəmirəm də ki,sən onları anlayasan.Tək qalmaq istəyirəm dənizdə.
Sənin üçün gündüz olanda,mənim üçün gecədir; lakin onda da mən təpələrdə oynayan günortadan və vadi boyu sürüşən bənövşəyi kölgədən danışacam,zira,sən mənim qaranlığımın nəğmələrini eşitmək,qanadlarımın ulduzlara necə çırpildığını isə görmək iqtidarında deyilsən.Və mən gecə ilə tək qalmaq istəyirəm.
Sən öz Cənnətinə yüksələndə mən öz Cəhənnəmimə enirəm.İstəmirəm ki,mənim Cəhənnəmimi görəsən-onun alovu gözlərini qarsıda bilər,tüstüsü isə boğar səni.Və bundan başqa mən öz Cəhənnəmimi o qədər sevirəm ki,qısqanıram sənə.Cəhənnəmdə tək qalmaq istəyirəm.
Sən Həqiqəti,Gözəlliyi və Ədaləti sevirsən; və mən də sənin xətrinə bunun yaxşı iş olduğunu deyir və özümü onları sevən göztərirəm.Ürəyimdə isə sənin sevginə gülürəm.Lakin istəmirəm ki,sən mənim güldüyümü görəsən.Tək gülmək istəyirəm.
Dostum,sən xeyirxah,ehtiyyatlı və müdrüksən,hətta deyərdim ki,kamilliyin özüsən; və səninlə önsiyyətdə mən də müdrük və ehtiyyatlı danışmağa çalışıram.Əslində isə mən dəliyəm.Sadəcə dəliliyimi maska altında gizlədirəm.Dəliliyimdə tək qalmaq istəyirəm.
Dotsum,əslində sən mənim dostum deyilsən,lakin bunu sənə necə anladım?Əl-ələ addımlasaq da yollarımız ayrıdır bizim.
Hiç yorum yok:
Yorum Gönder