Ürəklərimizin
dərinliyindən Səni çağırırıq,ey Azadlıq!
Bizi
eşit!
Zülmət
pərdəsinin arxasından uzadırıq sənə əllərimizi,ey Azadlıq!
Bir
bax bizə!
Qar
üstündə diz çökürük sənə,ey Azadlıq!
Bizə
yazığın gəlsin!
Sənin möhtəşəm taxtının qarşısında durmuşuq.
Bədənlərimiz
əcdadlarımızın qanlı libasları ilə örtülmüşdür.
Başımıza
onların qəbirlərinin külü ələnmişdir.
Əlimizdə
onların ürəklərini dəlmiş qılıncları tutmuşuq.
Onların
bədənlərini deşmiş nizələr,ayaqlarını bağlamış zəncirlər də yanımızdadı.
Biz
onların boğazını yırtan qışqırıqla qışqırır,zindanlarda zaman-zaman əks-səda
verən məğlubiyyət nəğmələrimizi oxuyur və şikayətlənirik;
Atalarımızın
qəlbinin dərinliyindən qopan duaları təkrarlayırıq.
Eşit
bizi,ey Azadlıq və dinlə!
Yollarda
və evlərdə tapdalanmış gənclik sənə müraciət edir.
Kilsə
və məscidlərdə unudulmuş Kitab səni soraqlayır.
Məhkəmə
və saraylarda bir tərəfə tullanmış qanun səni çağırır.
Yazığın
gəlsin bizə,ey Azadlıq!
Bizi
xilas elə!
Bizim
dar küçələrimizdə alverçilər öz həyatlarının günlərini satırlar ki,avropadan gələn
və bizi soyan insanların xəracını ödəyə bilsinlər.
Və
bir kimsə yoxdur onlara məsləhət verə.
Bəhrəsiz
torpaqlarda fəllahlar yer şumlayır,ürəklərininin toxumlarını səpir və göz
yaşları ilə suvarırlar əkinlərini.
Lakin
qaratikandan başqa heç nə bitmir tarlalarında və bir kimsə yoxdur ki,onları
doğru yola yönəldə.
Bizim
kimsəsiz və bəhrəsiz düzlərimizdə ac-yalavac bədəvilər dolaşır,ayaqları
yalın,başı açıq.
Və
heç kimin onlara yazığı gəlmir.
De,öz
sözünü bizə,ey Azadlıq!
Öyrət
bizi!
Əzəldən
zülmət yaşamışıq,
bir
zindandan o birinə sürüyüblər bizi əsirlər kimi,
zaman
da gülüb bizim halımıza.
Bəs səhər
nə vaxt açılacaq?
Nə
vaxtadək əsrlərin nifrətini daşımalı olacağıq ürəyimizdə?
Bu təhqirlərə
haçanadək dözməliyik?
Və nə
vaxt ölüm gələcək ki,alsın bizi bu dünyanın əlindən,bəlkə rahatlıq tapaq?
Nə
vaxtadək möhtəşəm saraylar ucalda-ucalda miskin komalarda yaşayacağıq?
Nə
vaxtadək varlıların anbarını dolduraraq onların süfrəsinin artığı ilə
dolanacağıq?
Ey
Azadlıq,eşit bizi və öz sözünü tək bir adamın xeyrinə söylə,zira böyük od kiçik
qığılcımdan başlayır.
Ey
Azadlıq,öz qanadlarının xışıltısı ilə tək bir ürəyi oyat,zira,ildırım tək bir
buluddan yaransa da bütün dərələrin dibini və bütün dağların zirvələrini
işiqlandırır.
Öz
qüdrətinlə bu qara buludları qov,şimşək kimi çax və əcdadlarımızın sümükləri üzərində
ucaldılmış bu xanimanları dağıt!
Ya da
düşmənlərimizə elə güc bəxş elə ki,bizi birdəfəlik öldürsünlər,
Əbədi
sükutda rahatlıq tapaq.
Elşən Novruzlu : https://www.facebook.com/elnovruzlu?ref=tn_tnmn

Hiç yorum yok:
Yorum Gönder