Şairin
Moskvada yaşayarkən övladlığa götürdüyü Fərəcov,
“Zindanda
suyla edilən əziyyətlərdən sonra,Nazim Hikmət`in sudan nifrət etdiyini dedi.Bir
gün belə onun yuyunduğunu görmədim”.
Çingiz Fərəcov,Azərbaycanın
Fizuli şəhərində yetimxanaya uşaq yaşlarından buraxıldı.10 yaşına gələnə kimi o
da digər uşaqlar kimi çətin şərtlər altında həyatını keçirərkən,bir gün müəllimi
əlinə bir şeir verib; “bunu əzbərlə,hər gün imtahan götürəcəm” dedi.
Bu şeir
kiçik Çingizin həyatının dəyişim nöqtəsi oldu.O günə kimi nə Nazım Hikməti,nə də
Türkiyəni eşidən Çingiz,1952-ci ilin yanvarında Nazım Hikmət`in qarşısına çıxıb
bu şeiri oxuyur və Nazım onu övladlığa
götürür.O gündən etibarən də həyatı dəyişir
Çingizin.Çingiz Fərəcov,hal hazırda 61yaşındadır və Azərbaycanda yaşayır.
Çingiz Fərəcov,Nazim
Hikmət`lə tanış olmasın belə açıqlayır;
1952ci ildə,10yaşında
olarkən Azərbaycanın Fizuli şəhərində yetimxanada yaşayırdım.Sovet Hökumətinə bağlı yetimxanalardan 100uşaqı Moskvaya
şeir deməyə aparacaqdılar və məni də bu siyahıya yazdılar.
Əvvəlcə
Bakıya gəlib,bir konferans salonuna toplaşdıq.Böyük bir kütlənin qarşısında
Nazımın şerini çaşmadan oxudum və hərkəs məni alqışladı.Daha sonar formalar
tikildi və 3günlük Qatar yolundan sonra Moskvaya çatdıq.Üstümüzdə rəhbər olaraq
Dilarə Salmanova adlı bir xanım vardı.
Mənə,sabah
“Yazrlar Birliyinə gedəcəyik və orda bir çox yazarla tanış olacaqsız dedi”.
“Hətta
Stalində orda olacaq”.Stalini görmək,bizim üçün xəyal belə edəbilməyəcəyimiz
bir şey idi.
Növbə ilə o
dövrün şairlərinə aid olan şeirlər oxundu.Mən ən sonuncu oxudum və şeiri oxumam
çox bəyənildi,alqışlandı.
Şeirin bir
neçə mətni beləydi:
Mən səndən əvvəl
dünyadan köçmək istəyirəm
Mən öləndə
məni yumasınlar,məni bastırmasınlar.
Məni
yandırıb,bir şüşəyə tökərsiz
Məndən sonar sən
gəlirsən,səni də bastırmasınlar
Səni də
yandırıb,mən olan şüşəyə töksünlər.
Biz həyatda
qovuşa bilmədik,heç olmasa küllərimiz qovuşsun.
Ön sıradan
uzun boylu,qıvrım saçlı birisi mənə yaxınlaşdı.Məni bərk bərk qucaqlayıb,öpməyə
başladı.
“Məni
tanıyırsan mı?” dedi.
Tanımadığımı
deyincə, “oxuduğun şeiri mən yazdım” dedi,haralı olduqumu soruşdu.Bu zaman
Dilarə xanım yanımıza gəldi.Mənim ruscam
yaxşı deyildi.Yetimxanada yaşadğımı öyrənincə bir neçə dəfə məni qucaqladı.”Mənim
də sənin yaşlarında bir Mehmetim var ama
çox uzaqlardadır” dedi.
Məni gəzməyə
aparmaq üçün icazə aldı.Yanında bir xanım vardı.Galina Gregoryevna Kaleşninova`nı
xanımı olaraq təqdim etdi.
O gün mənə
Moskvanı gəzdirdilər.Ağ şalvar və köynək aldı mənə,bütün gün yeyib gəzdik.Nazım
dayı , gəzdiyimiz zaman tez-tez ağlayırdı.Sonra axşam məni otelə buraxdılar.Səhəri
gün biz Azərbaycana qayıtdıq.
Qısa bir
zamandan sonra yetimxananı Şuşaya köçürtdülər.Bir gün müəlliməm Gümrü
Kazımova,məni müdür olan İdris Məhərrəmov`un otağına apardı.Müdür mənə “Nazım
Hikmət səni övladlıqa götürmək istəyir”,səni Moskvaya aparıb,oxudub böyüdəcək
,bundan sonra onun yanında qalacaqsan,qəbul edirsən mi” deyə soruşdu,fikirləşmədən
qəbul etdim.Müəllimlərimlə bərabər Moskvaya gəldik,Qatar dayanacaqında bizi
Nazım dayı və Galina xanım qarşıladı.
Evlərinə
getdik,iki mərtəbəli çox gözəl bir ev idi.Bundan başqa 4mərtəbəli bir binada bir
evi daha var idi Nazım Hikmət`in.Mənə qarşı çox mehriban münasibət göstərirdilər.Həyatım
bir şeirlə dəyişməyə başlanmışdı.Artıq yeni məktəbə gedirdim,çoxlu yeni
dostlarım var idi.Bir çox oyuncaqa və əşyaya sahib olmuşdum.Hər şey yuxu kimi
görsənirdi.
Nazım Hikmət,suyla
özünə edilən işkəncələrdən ötrü,suya nifrət edirdi.Bir gün belə onun yuyunduqunu
görmədim.Bu səbəbdən Galina ilə tez tez dava edirdilər.Galina çox gözəl və
mehriban qadın idi.Nazım dayını salat kəsintiləri ilə silib,təmizləyirdi.Galina
həm də çox yaxşı həkim idi,hər zaman Nazım dayını müalicə edirdi.
Türkiyə yə
sevgisi hər zaman Nazım Hikmət`I ağladırdı.Bir gün Türkiyə yə qayıtmaq onun ən
böyük xəyalı idi.
Rus dilini
pis danışdıqım üçün adaptasiya problemi yaşayırdım,şəhərim üçün darıxırdım,geri
qayıtmaq istəyimi söylədikdə məni hər zaman fikrimdən yayındırırdılar.
Bir gün
axşam,Galina evə gədiyi zaman ona söyləməməm gərəkən bir şeyi söyləyincə
Nazımla dava etdilər,səsə qonşular belə gəlmişdi.Nazım dayı,mən bir sillə
vurdu,o gün geri qayıtmaq haqqında qəti qərarımı verdim.Qonşuların da köməyi ilə
yük qatarı ilə 5gündən sonar Bakıya,ordan da Şuşaya çatdım.Amma Nazım Hikmət məni
heç bir zaman unuda bilmədi,daim zəng edib,mənə hədiyyələr göndərirdi.Bu zaman
müddətində də bir neçə dəfə Bakıda görüşdük.
Vəfat
etdikdə cənazəsinə getdim,yoldaşı Münevver xanım və oğlu Mehmet də orda idi.Moskvada
Novaya Devici məzarlqına dəfn etdilər.
Nazım Hikmət
mənə “Ən böyük arzusunun,bir gün Türkiyəyə qayıtmaq olduğunu demişdi.Əyər o
olmasa,məzarım orda olsun,o da mənə bəs edər” demişdi.

Hiç yorum yok:
Yorum Gönder