30 Eylül 2011 Cuma

İlqar Fəhmi-Pejo 307


Ekranda köhnə bir mənzilin görüntüləri canlanır, köhnə divar kağızları, səliqəli divan, kreslo, döşəmədə uşaq oyuncaqları görünür. Yavaş-yavaş «Necə unudum səni» mahnısı eşidilməyə başlayır. Kamera yataq otaqına keçir, mahnının səsi güclənir, ekranda dolabın üstünə qoyulmuş Mobil telefon görünür. Məlum olur ki, mahnı telefondan gəlirmiş. Telefon mahnının səsləndirə-səsləndirə yüngülcə vibrasiya edir. Kadra kənardan uzanan bir uşaq əli telefonu götürür. Ekranda telefonu əlində tutub gülümsünən üç yaşlı oğlan uşağı görünür. Uşaq telefonun düymələrini bassa da, mahnı səsi kəsilmir. Kamera sağ tərəfə dönür. İri çarpayıda yatmış gənc oğlan görünür. Bu Zaurdir. Uşaq telefonu onun başına yaxınlaşdırır. Zaur yuxulu halda əlini uzadıb telefonu dolabın üstündən götürmək itsəyir, amma əli boşluğa keçdiyindən, çətinliklə də olsa, gözlərini açır. Telefonu uşaqın əlində görüb başını  yellədir, ondan alıb düyməsini basır. Mahnı səsi kəsilir. Otağa sakitlik çökür. Zaur birtəhər qalxıb geyinir. Sonra uşağı da geyindirir. Davranışında uşağa qarşı hədsiz nəvaziş hiss olunsa da, oğlanın gözlərində qəribə bir donuqluq hiss olunur. Elə bil fikri tamam ayrı yerdədir. Uşaqı geyindirdiyi müddətdə Zaur onunla bağça haqqında söhbət edir, uşaq da təzə dil açanlara xas şirinliklə ona cavab verir. Zaur üstündə dovşan şəkli olan balaca çantanı uşaqın belinə keçirir. Onlar mənzildən çıxırlar.


http://www.boxca.com/phhospcdv90d/Ilqar_Fehmi-Pejo_307.doc.html

Hiç yorum yok:

Yorum Gönder