Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə
səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq
sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın. İfadəsiz üzündə qəribə bir
məchulluq var idi. Adama elə gəlirdi ki, orada heç bir həyat əlaməti yoxdur və
gözlərindəki ümidsiz parıltı Raviki istər-istəməz dayanmağa məcbur etdi.
Qadın elə yaxından keçirdi ki, az qalırdı, ona toxunsun. Əlini uzadıb qadının
qolundan yapışdı. Qadın səndələdi, Ravik tutmamış olsaydı, yıxılardı. Qolundan
möhkəm yapışmışdı...
http://www.boxca.com/vtjshxqnhgva/Erix_Mariya_Remark_Zefre_tagi.pdf.html

Hiç yorum yok:
Yorum Gönder