Azərbaycan milli azadlıq hərəkatının lideri, görkəmli siyasi xadim, böyük
demokrat Əbülfəz Elçibəy eyni zamanda ensiklopedik biliyə malik olan elm
adamı, böyük mütəfəkkir və ciddi tədqiqatçı olub.
Elçibəy Azərbaycanın və ümumiyyətlə, türk dünyasının tarixi, fəlsəfəsi və
digər ictimai-siyasi həyatı ilə bağlı xeyli elmi əsərlər və məqalələr yazmışdır.
Bu kitabda onun indiyədək çap olunmamış bir sıra böyük və kiçik həcmli
məqalələri oxuculara təqdim edilir. 50-dən artıq sanballı elmi əsəri nəşr
edilib. Bunların içərisində Azərbaycan Dövlət Universitetinin “Elmi əsərlər”
toplusunda, Elmlər Akademiyasının “Xəbərlər” və “Əlyazmalar xəzinəsində”
məcmuələrində və başqa nəşrlərdə çıxan “Əhməd İbn Tulun vəTulunilər
dövlətinin yaranması”, “Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına
dair”, “IX-X əsrlər ərəb-Misir ədəbiyyatı haqqında”, “Tulunilər dövləti və
qərmətilər”, “Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin
yaranmasına dair”, “IX yüzilliyin ikinci yarısında Misirdə sənətkarlıq və
ticarət”, ““Vafəyət əl-əyan”nın əlyazması”, “Suhrəverdiyyə sufi təriqəti
haqqında”, “Əhməd Tantarani Marağai və onun “Tantaraniyyə” qəsidəsi”,
“Azərbaycan tarixindən səhifələr”, “Azərbaycandan başlayan tarix”, “Bəzi
sufi cərəyanları haqqında”, ““İslam və siyasət” yox, “uydurma təriqət””,
“Hənəfəlik və onun əsas yönləri”, “Azərbaycan kitab mədəniyyəti tarixindən”,
“Farabi və ibn Sina” (Şərq elminin sütunları silsiləsindən), “Elmlərin təsnifi
tarixi”, “Azərbaycan elminin tarixindən” və başqa bir çox monumental
tədqiqatlarını göstərmək olar.
http://www.boxca.com/vszenhhca5xb/Azerbaycandan_baslayan_tarix.pdf.html

Hiç yorum yok:
Yorum Gönder